Icma.az
close
up
RU
Regionlardakı həkimlərə 65 yaşdan sonra da işləyəcək

Regionlardakı həkimlərə 65 yaşdan sonra da işləyəcək

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Regionlarda çalışan həkimlərə 65 yaşdan sonra da işləməyə icazə verilə bilər.

Regionlarda həkim çatışmazlığının aradan qaldırılması istiqamətində yeni addımlar atılması planlaşdırılır. Müzakirə olunan təkliflərə əsasən, həm rezidentura tələblərinin müəyyən ixtisaslar üzrə yumşaldılması, həm də pensiya yaşına çatan həkimlərin fəaliyyətini davam etdirməsinə imkan yaradılması nəzərdən keçirilir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı indiyədək geniş müzakirələr aparılıb və aidiyyəti qurumlarla birgə müxtəlif formatlarda görüşlər keçirilib. Onun sözlərinə görə, artıq bu istiqamətdə atılan addımlar yaxın zamanda nəticə verəcək.

Əhliman Əmiraslanov qeyd edib ki, bir sıra ixtisaslar üzrə tibb universitetini bitirən həkimlər rezidentura keçmədən Həkimləri Təkmilləşdirmə İnstitutunda müəyyən müddət ixtisasartırma təhsili aldıqdan sonra regionlarda fəaliyyət göstərə biləcəklər:

"Beləliklə, bir neçə ixtisas üzrə həkimlərimizi periferiyaya, regionlara göndərə biləcəyik ki, orada mövcud boşluqları doldursunlar".

Komitə sədri bildirib ki, regionlarda həkim çatışmazlığını aradan qaldırmağa mane olan əsas məsələlərdən biri də 65 yaşına çatmış mütəxəssislərin tibbi fəaliyyətdən uzaqlaşdırılmasıdır. Onun sözlərinə görə, bu məsələ də hazırda nəzərdən keçirilir.

"Regionlarda bu həkimlərin daha uzun müddət, hətta 65 yaşdan sonra da fəaliyyət göstərməsinə icazə veriləcək və bu istiqamətdə ciddi iş aparılır. Biz həm Səhiyyə Nazirliyi, həm TƏBİB, həm də bu mütəxəssisləri hazırlayan ali təhsil müəssisələri ilə daim əlaqədəyik", – deyə Əmiraslanov vurğulayıb.

O əlavə edib ki, Azərbaycanda ümumilikdə həkim çatışmazlığı yoxdur. Problem daha çox kadrların bölgüsü ilə bağlıdır.

"100 min əhaliyə düşən həkimlərin sayına görə ölkəmizdə həkim qıtlığı yoxdur. Ancaq təəssüf ki, onların böyük əksəriyyəti iri şəhərlərdə cəmləşib. Regionlarda isə bir çox ixtisaslar üzrə ciddi vakansiyalar mövcuddur. Bu səbəbdən görülən tədbirləri sürətləndirməliyik", – komitə sədri qeyd edib.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri