Icma.az
close
up
RU
“Onları yemləyən regionlardakı məktəb direktorlarıdır”

“Onları yemləyən regionlardakı məktəb direktorlarıdır”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son günlər Azərbaycan mətbuatında davamlı olaraq müəllimlərlə bağlı yazılar gedir. Bölgələrdən birində müəllimə üzük bağışlanması hadisəsi olub. Müəllim qaydalara, qanuna əməl etməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunların müzakirəsi zamanı bildirib. 

Millət vəkilinin sözlərinə görə, bizim cəmiyyət müəllimə həddindən artıq yüklənib: “Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdırlar. Müəllim rüşvət almamalıdır, qaydaları pozmamalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi?! Müəllim obrazı ilə bağlı bu cür müzakirələr bir sıra hallarda mənfi nəticələrə aparıb çıxarır. Hazırkı dönəmdə bizim cəmiyyət müəllimə həddindən artıq yüklənib, müəllim rüşvət ala bilməz, qaydalara əməl etməlidir və s. Davamlı olaraq müəllimin hədəfə alınması, onun tədris prosesindəki fəaliyyətinə, psixoloji durumuna ciddi təsir edir. Son hadisə göstərdi ki, müəyyən təşəbbüslər valideynlər tərəfindən olur, valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır”.

Deputat Elçin Mirzəbəyli həmkarının fikirlərinə münasibət bildirib: “Ceyhun müəllim məktəblərlə bağlı neqativ hadisələrin xüsusi olaraq qabardılmasından danışdı. Məsələnin təhsil tərəfindən olan baxış bucağından danışırıqsa, media tərəfinə də paralel şəkildə yanaşmalıyıq.

Problem həm də müxtəlif məktəblərin özündən qaynaqlanır. Son hadisə ilə bağlı həmin o videonu heç bir media nümayəndəsi çəkməyib, prosesin içində iştirak edən insanlar çəkib və paylaşıblar. Bu məsələyə görə onlar hüquqi məsuliyyət daşıyırlar. Biz bu məsələnin hüquqi cəhətdən həlli istiqamətində hansısa addımların atılmasına səy göstərmişikmi? Yəni media tərəfindən sadəcə mövcud olan hadisə üzə çıxıb. Məsələnin hüquqi tərəfləri də var. Bu neqativ hadisələrin baş verməsi istiqamətində hansı hüquqi addımlar atılıb? Yəni mən onun tərəfdarıyam ki, media neqativ hallara yol verirsə, şübhəsiz ki, qanunvericilik çərçivəsində medianın fəaliyyətinin tənzimlənməsi istiqamətində konkret addımlar atılsın. 

Amma onu da qeyd etmək lazımdır ki, məktəblər, xüsusilə regionlardakı məktəblər bizim zamanında mübarizə apardığımız reket jurnalistika ilə əməkdaşlıq edir. Əslində bu problemlərin yaranması da ondan ibarətdir. Reket jurnalistikanı yemləyən regionlardakı həmin o şəxslər, məktəb direktorlarıdır. Ona görə də məsələyə hər iki kontekstdən yanaşmaq lazımdır”.

Nuranə Daxilqızı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see308

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see303

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see262

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see244

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see237

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see235

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see226

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see224

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see218

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see216

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see212

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see211

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see207

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see205

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see205

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see203

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see198

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see197

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri