Icma.az
close
up
RU
Regionu çox pis sarsıntılar gözləyir ŞƏRH

Regionu çox pis sarsıntılar gözləyir ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

İranla İsrailin müharibəsi Üçüncü Dünya müharibəsinin girişidir 


Yaxın Şərqdə gərginlik kritik həddə çatıb. İran və İsrail arasında artan qarşıdurma artıq regional çərçivələri aşaraq qlobal narahatlığa çevrilib. Hər iki tərəf bir-birini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alır, nəticədə həm hərbi, həm də mülki obyektlər dağıdılır, insan tələfatı baş verir. 

Tehrandan gələn açıqlamalar, İsrailin cavab zərbələri və beynəlxalq ictimaiyyətin reaksiyaları göstərir ki, bu toqquşma təkcə iki dövlətin deyil, bütövlükdə regionun və hətta dünyanın taleyinə təsir edə biləcək miqyasda təhlükə yaradır. Hadisələrin fonunda səslənən ritorika, verilən mesajlar və səfərbər olunan güclər məsələnin sırf hərbi deyil, həm də siyasi, ideoloji və geosiyasi dərinliklərə malik olduğunu ortaya qoyur.


Siyasi ekspert Səxavət Məmməd “Sherg.az”a açıqlamasında deyib ki, müharibə, toqquşma üçün səbəblər arxa planda qalır, kütləyə yedirilən isə bəhanələr olur: 

“İsrailin İranı vurmasını nüvə silahının əldə edilməsi ilə bağlayırlar.

Reallıq ondan ibarətdir ki, İranın nüvə silahı yoxdur, hətta İran dəfələrlə rəsmi dillə nüvəni yalnız dinc məqsədlər üçün istifadə etmək istədiklərini bildiriblər. Bu yöndə İranın ali dini liderinin fətvası da var. Ancaq İranı vurmaq üçün böyük bəhanəyə ehtiyac vardı. Necə ki, İraqda bioloji və kimyəvi silah axtarırdılar. Toqquşmaların ikinci günündən sonra bütün daşlar öz yerinə oturdu. Məqsəd nüvə silahı yox, məhz İrandakı rejimin dəyişməsidir. İrandakı rejim niyə dəyişməlidir? Çünki Ərəb liqasındakı millətçi ərəb liderinin hamısı sıradan çıxarıldı və ölkələri xarabalığa çevrildi. Elə həmin ölkələr İsrail və ABŞ-nin əlində oyuncaq oldu. Yeganə müqavimət göstərən dövlət isə İrandır. İran həm ABŞ-nin, həm də İsrailin maraqlarına zidd addımlar atırdı, müqavimət göstərirdi. Təsadüfi deyil ki, İsrail Baş naziri İrandakı əhaliyə rejimə qarşı ayağa qalxmağa səslədi. Bu isə tərs effekt verdi. Artıq iddialar var ki, kürdlər İranda hər an daxildə iğtişaşlar törətməyə qalxa bilər. Təəccüblüdür? Əsla! Əsas məqsəd ya kürd dövlətinin, ya da böyük İsrail dövlətinin yaradılmasıdır. Layihənin mahiyyəti bundan ibarətdir. Burada bizi də düşündürən suallar var. Hazırda Azərbaycandan uzaqda yerləşən İsrail Azərbaycanla strateji müttəfiqdir. Sabah böyük İsrail dövləti yaranarsa və məsafə qısalarsa, yenə Azərbaycana müttəfiq kimi baxacaqlar, yoxsa?

İsrailin hava üstünlüyü danılmazdır. Havadan İranın bütün hərbi – açıq şəkildə demək lazımdır ki, həm də mülki obyektlərini bombalayır. İran da qarşılıq verir. Ancaq İranın qarşılığını eyni vaxtda İordaniya, ABŞ, Səudiyyə və İsrail almağa çalışır”.

Prosesin nəzarətdən çıxdığını vurğulayan ekspert qeyd edib ki, insanlar mənasında manqurtlaşıb: “Artıq əminliklə demək olar ki, insanların doyması üçün böyük bir müharibəyə ehtiyac var. Bunu dövlətlər də bilməmiş deyil. İranla İsrail arasında qarşılıqlı zərbələrdən sonra insanlar sosial şəbəkələrdə vurulan zərbələrin kadrlarına baxmaq üçün dəridən-qabıqdan çıxırlar. Səhərlər İsrail zərbələrini izləyənlər, gecələr İran zərbələrinə acgöz kimi darışırlar. 

İnsanlar haranınsa dağılmasına, haranınsa partlamasına, insanların əziyyətinə yox, İsrailin videoçəkilişləri qadağan etməsi, canlı yayımlar açanların həbs edilməsinə etiraz edirdilər. Niyə? O vəhşiliyi görməyəcəklər deyə. Hesab edirəm ki, Üçüncü Dünya müharibəsinin olması həm də sosial sifarişdir”.

S.Məmmədin fikrincə, İranla İsrail arasındakı bu toqquşma davam edəcək, lakin İsrailin ABŞ-ni müharibəyə qatmaq yönündəki çağırışları onu göstərir ki, təkbaşına İsrail İranda istəyinə nail ola bilməz: “Tramp da İranın ilk hücumu günü etiraf etdi ki, İranın cavabını gözləyirmişlər, ancaq İran gözlədiklərindən 10 qat artıq cavab verib. Bu tip toqquşmanın da uzun zaman davam edəcəyi mümkün deyil. Aviasiya və raketlər tükənməyən sərvət deyil.

Şimal qonşumuz da, cənub qonşumuz da müharibə içərisindədir. Ermənistanla da sülh müqaviləsi imzalanmayıb. Bu region kənardan sakit kimi görünə bilər, ancaq bu sabitliyin uzun müddət davam etməsi mənim üçün təəccüblü olacaq.

Haqlı olaraq Üçüncü Dünya müharibəsinin getdiyini deyənlər var, ancaq bu sanki bu İkinci Dünya müharibəsinin 1939-1941-ci il aralığına bənzəyir. Tərəflərin tam şəkildə müəyyən edilməsinə qədər bu vəziyyətin davam edəcəyini düşünürəm. Tərəflər müəyyən olduqdan sonra isə dünyanın bölüşdürülməsi, siyasi xəritələrin dəyişməsinin şahidi olacağıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri