Icma.az
close
up
RU
Regionu lərzəyə gətirən “silah”dan atəş açıldı Bakı 3 mərmini belə vurdu

Regionu lərzəyə gətirən “silah”dan atəş açıldı Bakı 3 mərmini belə vurdu

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabrında Qarabağda keçirdiyi antiterror əməliyyatları bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini möhkəmləndirdi. Bu, regionda 30 il ərzində qorunub saxlanan terror zolağının ləğvi idi. Lakin hazırda Gürcüstanda sabitlik pozulub, qonşu ölkə poliqona çevrilmək ərəfəsindədir. İstər daxili siyasi vəziyyət, istərsə də Gürcüstanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlər regionda yeni hərbi toqquşma ehtimalını artırır. İddia edilir ki, Rusiya rəsmi Tbilisinin Qərbdən uzaqlaşması fonunda Abxaziya və ya Cənubi Osetiyanı güzəşt gedə bilər.

Cənubi Qafqazda sabitliyi, təhlükəsizliyi tam bərpa etmək olacaqmı? Gürcüstanda Qərb-Rusiya toqquşması nə ilə nəticələnə bilər?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov xatırladın ki, İkinci Qarabağ müharibəsində qalib gəlib, kapitulyasiya imzalamağa məcbur etsək də, ərazi bütövlüyümüzü tam təmin edə bilmədik:

“Həmin vaxt müharibəni dayandırıb, Ermənistandan lazımi addımların atılmasını gözlədik. Lakin beynəlxalq aləm bu prosesdə nəinki Ermənistana təzyiq etmədi, əksinə onlara və separatçılara dəstək verdi, külli miqdarda silah göndərildi, iqtisadi yardım edildi. Təbii ki, biz Ermənistanın atmalı olduğu addımı özümüz icra etməli olduq. 19-20 sentyabr hadisələrinə qədər  erməni terrorçuların törətdiyi teraktlara cavab olaraq Azərbaycan silahlı qüvvələri antiterror tədbirləri həyata keçirdi. Bir neçə saat ərzində “boz zona”ya son qoyduq. 30 il ərzində ərazimizdə qalan və fəaliyyət göstərən separatçı-terrorçu ünsürləri məhv etdik. Bu proseslə Azərbaycan suverenliyini tam bərpa etdi. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanda sabitlik təmin olundu, lakin digər ölkələr haqda bunu demək olmur”.

Xəyal Bəşirov

Ekspertin sözlərinə görə, xüsusən Gürcüstandakı proseslər onu deməyə əsas verir ki, Azərbaycan bir çox həlledici addımları uzaqgörən siyasət, müdrik diplomatiya nəticəsində vaxtında atdı:

“Məsələn, Tbilisi QHT sektoru ilə bağlı problemlər yaşadı. Gürcüstanda “xarici agentlər” haqda qanun Qərbdən maliyyələşən, ölkə daxilində sabitliyi pozan QHT-lərin qarışısını almaq üçün idi. Azərbaycanda da belə qüvvələr var idi. Xüsusilə özünü media nümayəndəsi adlandırıb, əslində isə xarici qüvvələrə xidmət edən, təhlükəli planların tərkib hissəsi olan insanların sayı kifayət qədər çox idi.

Qərb Cənubi Qafqaz ölkələrinin daxili siyasətinə QHT, media, siyasi partiyalar üzərindən nüfuz etməyə çalışır. Azərbaycanda atılan addımlarla bütün bu cəhdlərin qarşısı alındı”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Dekabr 2024 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri