Kuyundiç: “Bakı və İrəvanın qərarları regionu sülhə yaxınlaşdırır”
Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Əminəm ki, bu proseslər regionda sülh və sabitliyin bərqərar olmasına xidmət edəcək”
“Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin bir hissəsi olaraq qəbul edilən son qərarlar regionda davamlı sülhün bərqərar olmasına əhəmiyyətli töhfə verəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri "Report"a Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundiç deyib.
Diplomat ötən həftə etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdiyini xatırladaraq görüşün müsbət atmosferdə keçdiyini qeyd edib.
"Biz Avropa İttifaqı ilə Azərbaycan arasında proqramların perspektivlərini, eləcə də enerji əlaqələri, nəqliyyat, dəmir yolu infrastrukturu və rəqəmsal transformasiya ilə bağlı məsələləri müzakirə etdik. Danışıqlar müsbət keçdi", - Kuyundiç deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, eləcə də azad edilmiş ərazilərin minalardan təmizlənməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirilib.
"Biz iki ölkənin atdığı son addımları müzakirə etdik və mən Prezident İlham Əliyevi təbrik etdim. Əminəm ki, bu proseslər regionda sülh və sabitliyin bərqərar olmasına xidmət edəcək", - deyə Aİ səfiri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Oktyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















