Icma.az
close
up
RU
Regionun ən böyük kitab festivalı qayıdır

Regionun ən böyük kitab festivalı qayıdır

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Regionun ən böyük kitab festivalı - 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il 21-27 oktyabr tarixində Bakı Ekspo Mərkəzində kitabsevərlərin görüşünə gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, sərgi “Azərbaycan Mədəniyyəti-2040” Azərbaycan Respublikası Mədəniyyət Konsepsiyasına uyğun olaraq, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. 

“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgi uşaqlarda mütaliə mədəniyyətinin formalaşdırılması, kitaba marağın gücləndirilməsi və onların faydalı vərdişlərə təşviq olunması məqsədini hədəfləyir.

Sərgi ənənəvi olaraq hər il zəngin proqramı və geniş əməkdaşlıq imkanları ilə çox sayda yerli və beynəlxalq nəşriyyat və poliqrafiya müəssisələrini, kitab mağazaları və sahəvi yaradıcılıq təşkilatlarını bir araya gətirir.

Dünyaca tanınmış yazarlar və tədqiqatçı-alimlərin iştirakı ilə fərqli formatda təqdimatlar, müəlliflik hüququ sahibləri ilə çoxsaylı görüşlər və 7 gün ərzində ədəbi-bədii proqram sərgini hər kəs üçün ilin ən gözlənilən ədəbi-mədəni hadisəsinə çevirir.

Hazırda sərgiyə qeydiyyat davam edir. Sərgiyə iştirakçı qismində qatılmaq üçün aşağıdakı elektron ünvana müraciət edə bilərsiniz: [email protected]

Oxucular sərgiyə ziyarətçi qismində qatıla biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Avqust 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri