Icma.az
close
up
RU
Regionun ən qüdrətli ordusu

Regionun ən qüdrətli ordusu

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Hər xalqın tarixinə qızıl hərflərlə yazılmış günlər var. Elə günlər ki, o tarixləri yaşayan nəsillər ömür boyu qürurla xatırlayır, gələcək nəsillərə isə əbədi bir vəsiyyət kimi ötürür. Azərbaycan xalqı üçün bu qızıl tarixlərdən biri də 26 İyun – Silahlı Qüvvələr Günüdür. Bu gün təkcə bir bayram deyil, bu gün bizim dövlətçiliyimizin möhtəşəm təntənəsidir, bu gün bizim gücümüz, əzəmətimiz, vətən sevgimizin zirvəsidir.

Bu günün əsl mənasını anlamaq üçün tarixə nəzər salmaq kifayətdir. Azərbaycan müstəqilliyini bərpa etdikdə, təəssüf ki, ordu yox dərəcəsində idi. Silah var idi, amma nizami ordu yox idi. Əsgər var idi, amma bir-birini eşidən, anlayan komandanlıq yox idi. Xalq var idi, amma ümumi amal ətrafında birləşmiş güc yox idi. Və bu boşluq bizi ağır faciələrə, itkilərə, torpaq həsrətinə sürüklədi. Amma zaman elə gətirdi ki, xalqın qurtuluş ümidi Ulu Öndər Heydər Əliyevə bağlandı. Ulu öndər Heydər Əliyev qətiyyətlə deyirdi: “Müstəqil Azərbaycan dövlətinin mövcudluğu onun müstəqil ordusunun varlığı ilə şərtlənir.” O, bu fikri söyləməklə Azərbaycanın gələcək taleyini bəlirlədi. Müstəqil dövlətin orduya söykənmədiyi yerdə müstəqilliyin də sabit qalmayacağını tarix bizə acı şəkildə öyrətmişdi. Ulu Öndər qısa zamanda xalq-ordu birliyinin əsasını qoydu, ordunun strukturunu formalaşdırdı, peşəkar hərbiçilər yetişdirdi və Azərbaycan əsgərinin önünə müqəddəs bir məqsəd qoydu: torpaqlarımızı qorumaq, Vətəni yaşatmaq. Və bu müqəddəs amal illərlə bir atəş kimi içimizdə közərirdi, odlanırdı. Zaman dəyişdi, Azərbaycan dəyişdi, amma bir şey dəyişmədi. Ulu öndər Heydər Əliyevin siyasi kursu. Bu kursun ən sadiq daşıyıcısı, ən əzmli lideri cənab Prezident İlham Əliyev oldu. O, ordu quruculuğunu dövlət siyasətinin strateji prioritetinə çevirdi. Müasir hərbi texnikalar alındı, yeni hərbi bazalar quruldu, əsgər və zabitlərin döyüş hazırlığı ən yüksək səviyyəyə qaldırıldı. Amma cənab İlham Əliyevin yaratdığı ordunun ən böyük gücü tcə texnika deyildi. Bu ordunun gücü xalqın sevgisi və liderinə sonsuz inamı idi. Cənab Prezident İlham Əliyev söyləyirdi: “Biz güclü dövlət qururuq və bu dövlətin ən möhkəm dayağı onun güclü ordusudur.” Bu ordunun gücünü dünya 2020-ci ilin 27 sentyabrında gördü. Azərbaycan əsgəri işğala son qoydu, 30 illik torpaq həsrətinə Zəfər nöqtəsini qoydu. 44 gün ərzində bütün dünya Azərbaycan xalqının birliyinə, Azərbaycan əsgərinin cəsarətinə və Azərbaycan Prezidentinin qətiyyətinə heyran oldu. Cənab Prezident İlham Əliyev qürurla dedi: “Azərbaycan ordusu tarix yazdı. Bu tarix bizim qürur tariximizdir.” Bu tarixi yazan əsgərimiz, zabitimiz, vətən sevgisi ilə döyünən hər bir Azərbaycan oğlu oldu. Bu zəfərin kökündə nə dayanırdı? Tanklar? Raketlər? Bəli, onlar da var idi, amma Azərbaycanı Qələbəyə aparan əsas güc xalq-ordu birliyi idi. Azərbaycan xalqı ordusuna sonsuz inandı. Xalq səngərə çörək apardı, əsgərə dua göndərdi, döyüşçüyə qələbə inamı verdi. Azərbaycan əsgəri bilirdi ki, arxasında ona dua edən bir ana, gözləyən bir bacı, yolunu gözləyən bir Vətən var. Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi “Xalqla ordu bir olmalıdır. O zaman heç bir güc bizi məğlub edə bilməz.” fikri məhz bu birliyin rəmzi oldu. Bu gün artıq Azərbaycan ordusu işğal altında olan torpaqları azad etmiş bir Qələbə ordusudur. Bu gün bu bayram – Zəfərin bayramıdır. Bu gün 26 İyun – əbədilik müzəffər orduya məxsus bir gündür. Azərbaycan Prezidentinin sarsılmaz əminliyi ilə dediyi söz bu gün hər birimizin qürur və inamla dilimizdədir: “Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur və bu ordu istənilən vəzifəni yerinə yetirməyə qadirdir.” Bəli, Azərbaycan ordusu artıq təkcə döyüş meydanında deyil, sülh quruculuğunda, beynəlxalq təhlükəsizlikdə də nüfuzlu söz sahibinə çevrilib. Qarabağda qurulan yeni hərbi hissələr, asılan bayraqlar, Böyük Qayıdış prosesində əsgərimizin rolu bu gün Azərbaycan ordusunu təkcə müharibə qalibi deyil, həm də qurucu, sülh yaradan bir gücə çevirir. Azərbaycan əsgəri bu gün Vətən keşiyində məğrur və əyilməz dayanır. Onun çiynindəki silah yalnız bir alət deyil – bu, tariximizin, dövlətçiliyimizin, xalqımızın şərəfini qoruyan müqəddəs bir andır. 26 İyun bizə təkcə bir tarix yox, həm də bir məsuliyyət xatırladır. Bu gün biz qürurla səslənirik ki, bizim ordumuz var. Bizim qələbəmiz var. Bizim güclü Azərbaycanımız var.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyun 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri