Icma.az
close
up
RU
Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır

Rəhbər vəzifədə çalışan hər bir şəxs, hər bir məmur təvazökar olmalıdır

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 noyabr 2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni təyin olunmuş səlahiyyətli nümayəndəsini, eləcə də bir neçə rayonun icra hakimiyyətlərinə təyin olunan başçılarını qəbul edib. Qəbul zamanı çıxış edən dövlət başçısı vəzifəyə təyin olunmuş rəhbərlərə böyük etimad göstərildiyini diqqətə çatdıraraq, onların bu etimadı doğruldacaqlarına əminliyini ifadə etmişdir. “Siz öz işinizlə, əməyinizlə qarşıda duran vəzifələrin icrası üçün səylərinizi əsirgəməyəcəksiniz. Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır — ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq. Həyatda və məişətdə özü, eləcə də yaxın qohumları özlərini elə aparmalıdırlar ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Təəssüf ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla yanaşı, bəzi hallarda korrupsiyaya və rüşvətxorluğa yol verirlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə və qanun qarşısında cavab verməli olur. Belə hallar, təəssüf ki, bu gün də mövcuddur. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim odur ki, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparasınız, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz şəxsləri seçəsiniz, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut edəsiniz. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcək.”
Prezident İlham Əliyev 22 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri ardıcıl olaraq yerinə yetirib. Bu illər ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı təmin olunub, vətəndaşların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin siyasi və iqtisadi imkanları genişlənib, müasir ordu qurulub, Azərbaycanın beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Bu gün regionda həyata keçirilən bütün beynəlxalq və irimiqyaslı layihələr Azərbaycanın fəal iştirakı və milli maraqlarının nəzərə alınması ilə reallaşır. Ən önəmlisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub, Ulu Öndər Heydər Əliyevin torpaqlarımızın azad edilməsi ilə bağlı müqəddəs arzusu gerçəkləşib. Dövlət başçısı şəhid ailələrinə, müharibə iştirakçılarına və həssas əhali təbəqələrinə göstərilən qayğını daim diqqət mərkəzində saxlayır. Prezident şəhid ailələrinə mənzil və avtomobil açarlarını şəxsən təqdim edir, bu qayğını sadəcə vəzifə borcu deyil, həm də şərəf və mənəvi məsuliyyət kimi dəyərləndirir. Bu səmimi münasibət insanlarda sevinc, inam və qürur hissi doğurur. Ölkədə əldə edilən hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını daha da artırıb, milli həmrəyliyi gücləndirib. Təcrübə göstərir ki, yalnız əsl siyasi liderlik keyfiyyətlərinə malik olan şəxs xalqın və dövlətin maraqlarını qoruya, vətəndaşla daim yaxın ünsiyyətdə ola bilər. Əsl lider istənilən çətin vəziyyətdə vaxtında və adekvat qərarlar qəbul edir, xalqının yanında olur və onun rifahını təmin etməyə çalışır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev bu tələblərə cavab verən, xalqın etimadını doğruldan, alternativsiz siyasi liderdir. Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır; qəbul etdiyi qərarlar və atdığı addımlar xalq tərəfindən yüksək qiymətləndirilir. Hər bir məmur öz vəzifəsini icra edərkən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti və xalqa göstərdiyi yüksək xidmətləri özünə nümunə götürməli, dövlət başçısının verdiyi tapşırıqlara məsuliyyət və həssaslıqla yanaşmalı, xalqa layiqli xidmət göstərərək Prezidentin etimadını doğrultmalı və ölkəmizin davamlı inkişafına öz töhfəsini verməlidir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri