Icma.az
close
up
RU
Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir

Rəhman Mustafayev: Bakı və Moskva “Rus Evi” ilə əlaqədar vəziyyətlə bağlı dialoqu davam etdirir

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Azərbaycan və Rusiya Bakıda "Rus Evi” ətrafında yaranmış vəziyyətin nizamlanması üçün dialoqu davam etdirirlər.

Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib.

"Dünən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Moskvaya işgüzar səfəri başa çatdı, Rusiya tərəfi danışıqlarda bu məsələni qaldırmışdı. Öz mövqeyimizi bildirdik ki, bütün bu təşəbbüslər, bütün bu layihələr ciddi şəkildə milli qanunvericiliyə uyğun şəkildə, tərəflər arasında artıq imzalanmış sazişlər əsasında həyata keçirilməlidir, belə sazişlər isə var. Odur ki, bəli, təklif var, bizim də əks mövqeyimiz var. Amma ən əsası dialoqun davam etməsidir. Bu, çox vacibdir”, - Mustafayev jurnalistlərə deyib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 20-də Moskvanın Bakıda "Rus Evi” ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycana çatdırdığını və konstruktiv qarşılıqlı yanaşmaya ümid etdiklərini bəyan etmişdi.

Xatırladaq ki, fevralda Azərbaycan Xarici İşlər Nazirliyi "Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin – "Rus Evi”nin hüquqi şəxs kimi qeydiyyata alınmadığını və qurumun Azərbaycan qanunvericiliyini kobud şəkildə pozduğunu açıqlamışdı. Bunun ardınca fevralın 3-də rəsmi Bakı "Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə nota göndərib.

Bildirilib ki, bu cür təşkilatların Azərbaycan ərazisində fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə edilmiş razılaşmalara əməl olunması tələblərinə uyğun olaraq tənzimlənir.

Daha sonra, fevralın 11-də "Rus Evi” Azərbaycanda fəaliyyətini dayandırmaq proseduruna başlayıb.

///Report

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Aprel 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri