Rəhman Mustafayev Qaluzinlə görüşdü
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli gündəlikdə olan bir sıra aktual məsələlər müzakirə olunub.
Tərəflər 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq münasibətlərin daha da inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Qarşıdakı siyasi təmasların qrafikləri nəzərdən keçirilib və bir sıra regional və beynəlxalq mövzular müzakirə edilib.
Baxış sayı:129
Bu xəbər 12 Fevral 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















