Icma.az
close
up
RU
Reklam istehsalçıları və media nümayəndələrinə çağırış olunub

Reklam istehsalçıları və media nümayəndələrinə çağırış olunub

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Mirzə Ələkbər Sabir Fondu 2025-ci ilin mayın 1-dən başlayaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra edir. Layihə çərçivəsində iyulun 9-da “Xalq cəbhəsi” qəzetinin redaksiyasında dəyirmi masa keçirilib. Tədbirdə AMEA Dilçilik İnstitutunun, Azərbaycan Mətbuat Şurasının əməkdaşları, eləcə də KİV və QHT nümayəndələri iştirak ediblər.
AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri filologiya elmlər doktoru, professor Sevinc Əliyeva bildirib ki, kütləvi informasiya vasitələri həm Azərbaycan dilinin təbliğində, həm də cəmiyyətin məlumatlandırılmasında mü¬hüm rol oynayır: “Bu gün Azərbaycan dilinin qorunması və inkişa¬fında istedadlı jurnalistlərin xidmətləri danılmazdır. Onlar qələmə aldıqları hadisələrə bir tərəfdən obyektiv, qərəzsiz yanaşırlarsa, digər tərəfdən də hadisələri yeni forma və üsullarla çatdırırlar. Çox təəssüf ki, bəzən mətbuatda ədəbi dil normalarından sapma halla¬rı da müşahidə olunur”.
Layihə üzrə ekspert, jurnalist Fuad Hüseynzadə tədbirin reklam istehsalçılarına və KİV nümayəndələrinə çağırış xarakterli olduğunu bildirib: “Azərbaycan ədəbi dilinin düzgün istifadəsi milli kimliyimizin qorunması və cəmiyyətin mədəni inkişafı üçün vacibdir. Media və reklam sektorlarında dil normalarının pozulması həm ədəbi dilin keyfiyyətinə zərər vurur, həm də cəmiyyətin dildəki doğru təsəvvürünü təhrif edir. Bu vəziyyət monitorinqin zəruriliyini artırır. Buna görə də “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsi icra olunur. Layihənin hədəfi reklamlarda və mediada istifadə olunan mətnlərin keyfiyyətini qiymətləndirmək, mövcud qüsurları aşkar etmək və onların aradan qaldırılması üçün tövsiyələr hazırlamaqdır. Azərbaycanda açıq məkanlardakı reklamlarda və mediada ədəbi dilin qrammatik və leksik normalarında yol verilən qüsurların aşkarlanması ilə dilimizin təmizliyi yönündə iş daha da sürətləncək”.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəhruz Məmmədzadə bildirib ki, media və reklam sahələrinin dili formalaşdırmaq və qorumaq kimi məsuliyyəti də var: “Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin daşıyıcısıdır. Dil normalarına əməl etmək – milli mədəniyyətə hörmət əlamətidir. Jurnalistika və reklam ixtisaslarında dil mədəniyyəti fənlərinin tədrisinə xüsusi diqqət yetirilməlidir”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Əli Zülfüqaroğlu mediada ədəbi dil normalarına riayət olunmaması ilə bağlı narahatlığını ifadə edib. O, mediada ədəbi dillə bağlı qüsurlara yol verən subyektlərə qarşı daha ciddi tədbirlərin görülməsini zəruri hesab edib: “Ədəbi dilin qorunması ümummilli məsələdir və bu istiqamətdə xüsusilə KİV nümayəndələri üzərlərinə düşən məsuliyyəti dərk etməli, aktiv şəkildə bu prosesə qoşulmalıdırlar. Biz “Xalq cəbhəsi” qəzeti olaraq bu layihəni təqdirəlayiq hesab edir və uğurlar arzulayırıq”.
Dəyirmi masada dilçi mütəxəssis və ekspertlər jurnalistlərə ədəbi dil normalarının qorunması və düzgün tətbiqi ilə bağlı müvafiq tövsiyə və təkliflər veriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 İyul 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri