Rekord vuran tiktoker brendini və üzünü 900 milyon dollara satır
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
160 milyondan çox izləyicisi olan "TikTok"un ən populyar yaradıcısı Xabi Leym brend hüquqlarını təxminən 900 milyon dollara satmaq üçün müqavilə bağlamağa yaxındır.
Ölkə.Az-ın "Business Insider Africa" ya istinadən məlumatına görə, söhbət üç illik müqavilə bağlamağa hazırlaşan "Rich Sparkle Holdings"dən gedir. Sənədə əsasən, buraya blogerin "Step Distinctive Limited" şirkətinin qismən satışı və Leymin nəzarət səhmdarı statusunu saxlaması daxildir.
"Rich Sparkle" reklam müqavilələri, brend tərəfdaşlığı, lisenziyalaşdırma və elektron ticarət layihələri daxil olmaqla, influnserin kommersiya fəaliyyətlərini qlobal miqyasda genişləndirməyi planlaşdırır. Şirkət bu sahələrin ildə 4 milyard dollara qədər ümumi gəlir əldə edə biləcəyini təxmin edir.
Müqavilənin ayrıca bir bəndi Xabi Leyminin görünüşündən, səsindən və davranış xüsusiyyətlərindən istifadə edərək onun "rəqəmsal dublyoru"nun yaradılması olacaq ki, bu da ona yayımlamağa və auditoriyası ilə daimi qarşılıqlı əlaqəni saxlamağa imkan verəcək.
Xabi Leym bütün sosial media platformalarında təxminən 360 milyon auditoriyası ilə ən populyar TikTok yaradıcısı olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 27 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















