Icma.az
close
up
RU
Rektor: 2024cü il Bakı Ali Neft Məktəbi üçün yaddaqalan oldu AZƏRTAC

Rektor: 2024cü il Bakı Ali Neft Məktəbi üçün yaddaqalan oldu AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 31 dekabr, AZƏRTAC

2024-cü ildə Bakı Ali Neft Məktəbinin (BANM) 4 ixtisası Azərbaycan universitetləri arasında ən yüksək keçid balına görə ilk beşlikdə yer aldı. Ali məktəb I və II ixtisas qrupları üzrə ən yüksək keçid balına malik oldu. Ölkə tarixində ən yüksək keçid balı (687.1 bal) ilə yanaşı, ən yüksək orta keçid balı da (645 bal) BANM-a aid idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-in professor-müəllim və tələbə heyətini təbrikində bildirib. Ali məktəbin uğurlarına nəzər salan rektor qeyd edib ki, 2024-cü ildə beynəlxalq və respublika fənn olimpiadalarının 16 qalibi BANM-ə müsabiqədənkənar qəbul olub. Qəbul planı 100 faiz dolub. Yeni açılan kompüter elmləri ixtisası üzrə tələbə qəbulu həyata keçirilib.

Bu il 33 nəfər Prezident təqaüdçüsü ilə (102 təqaüddən) BANM yenə də liderliyini qoruyub; öz rekordunu məhz özü yeniləyib. Təqaüdçülərin üçdə birini ali məktəbin tələbələri təşkil edib.

BANM-ə qəbul zamanı 685 baldan yuxarı nəticə göstərən 13 tələbə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin təsis etdiyi (16 təqaüddən) “Elm və texnologiya” təqaüdünə layiq görülüb.

Ali məktəbin 35 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb. Dövlət Proqramının magistratura səviyyəsinə qəbul olanların 10 faizi BANM-in məzunları olub. Bu da BANM məzunlarının say nisbətinə görə ölkədə ən yüksək göstəricisidir.

BANM-in “BHOSWARE” komandası “ TEKNOFEST-2024”ün qalibi olub. Türkiyənin Antalya şəhərində keçirilən Festivalda “Hackmasters” kateqoriyası üzrə keçirilən CTF yarışında I yerə layiq görülüb. “ TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə BANM təmsil edib.

Ölkə üzrə startap və hakatonlarda BANM tələbələri birinci yerə çıxıblar.

BANM-da təhsil alan əcnəbi tələbələrin sayı iki dəfə artıb.

Azərbaycan təhsil sistemində ilk dəfə olaraq BANM xaricə ali təhsil proqramlarının ixracını həyata keçirib. BANM Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutuna ali təhsil proqramlarının ödənişli əsasda ixracına və ikili diplom proqramı layihələrinin reallaşdırılmasına başlayıb.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında anlaşma memorandumu” çərçivəsində 8 konqolu gənc neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə təhsil almağa başlayıb.

BANM COP29 çərçivəsində 3 tədbirə ev sahibliyi edib. Ali məktəbin komandası COP29 çərçivəsində keçirilən ideathon yarışının qalibi olub. Həmçinin BANM “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi və Məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi, eləcə də III Bakı Elm Olimpiadasına ev sahibliyi edib.

Ali məktəbin iki komandası “Baku Investment Day”də 200 min dollar investisiya qazanıb.

Magistratura imtahanında ən yüksək balı BANM tələbələri toplayıblar.

Bu il 13 illiyini qeyd edilən ali məktəbin maddi-texniki bazası daha da gücləndirilib, yeni laboratoriyalar istifadəyə verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Dekabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri