Icma.az
close
up
RU
Rektor BMU da təcrübə keçən koreyalı tələbələrlə görüşüb FOTOLAR

Rektor BMU da təcrübə keçən koreyalı tələbələrlə görüşüb FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) yay təcrübə proqramında iştirak edən koreyalı tələbələrlə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüş zamanı BMU-nun rektoru Yaqub Piriyev Koreyanın İNHA Universitetinin İqlim Böhranına Cavab Layihə Qrupu ilə imzalanmış saziş çərçivəsində gerçəkləşən təcrübə proqramının önəmindən danışıb. Bildirib ki,  təcrübə proqramı tələbələr üçün yay semestri ərzində tədris və praktik biliklər əldə etmək, o cümlədən biliklərin inteqrasiyası baxımından unikal fürsət yaradır. Yaqub Piriyev belə təcrübə proqramlarının, eyni zamanda multikultural dəyərlərin mənimsənilməsi aspektindən də vacib olduğunu söyləyib. BMU və İNHA Universiteti arasında qurulmuş əməkdaşlığın təkcə təhsil sahəsində deyil, həm də qlobal miqyasda aktual olan iqlim dəyişikliyi problemlərinə qarşı ortaq elmi yanaşmaların inkişaf etdirilməsinə yönəldiyini deyən rektor ötən il Azərbaycanda keçirilən COP29 iqlim tədbirinin dünyanın ekoloji problemlərinə diqqətin artırılması baxımından əhəmiyyətini vurğulayıb. Eləcə də tələbələri ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə alternativ və bərpa olunan enerji mənbələrinin payının artırılması üçün görülən işlər, hədəflər barədə məlumatlandırıb. 

Görüşdə BMU və İNHA Universiteti arasında bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının uğurlu icrasından bəhs olunub. 

Sonra tələbələrin təcrübə müddətində iştirak etdikləri akademik fəaliyyətlər, yer aldıqları layihələr və qazandıqları praktiki biliklər ətrafında fikir mübadiləsi aparılıb. 

İNHA Universitetinin “Enerji resursları mühəndisliyi” ixtisasının tələbəsi An Hyejin və “Siyasi elmlər və beynəlxalq münasibətlər” ixtisasının tələbəsi Jin Yeongmin təcrübə müddətində əldə etdikləri nəticələrdən danışıb, BMU-nun mühitindən, müəllim və tələbə heyətinin onlara göstərdiyi diqqətdən razı qaldıqlarını deyiblər. Tələbələr Azərbaycan, onun mədəniyyəti, milli mətbəxi haqqında xoş təəssüratlarını da bölüşüblər. 

Sonda tələbələrə xatirə hədiyyələri təqdim edən rektor onlara gələcək təhsilləri ilə bağlı tövsiyələr verib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 İyul 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri