Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Koreyanın səfiri BMU da olub, tələbələrlə görüşüb Fotolar

Koreyanın səfiri BMU da olub, tələbələrlə görüşüb Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kanq Kımqu Bakı Mühəndislik Universitetində (BMU) olub.

“Qafqazinfo” xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev səfiri salamlayaraq, universitetdə görməkdən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkələrimiz arasında uğurlu tərəfdaşlıq münasibətlərinin formalaşdığını bildirən rektor təhsil və elm sahələrində əməkdaşlığa diqqət çəkib. Bu baxımdan 2020-ci ildən BMU ilə Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyətini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan BMU-İNHA ikili diplom proqramı ölkəmizdə yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Proqramın uğurla icra olunduğunu və əldə edilən nəticələrin onun davamlılığını təmin etdiyini deyən rektor müddəti 2030-cu ilədək uzadılan İDP çərçivəsində müasir çağırışlar və rəqəmsal iqtisadiyyatın tələbləri nəzərə alınmaqla yeni ixtisas istiqamətlərinin müəyyənləşdirildiyini bildirib. Əlavə edib ki, proqramın ikinci mərhələsi üzrə tədris “Kompüter elmləri/Süni intellekt mühəndisliyi”, “Data analitikası/Data elmləri”, “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” istiqamətləri üzrə həyata keçirilir.

Proqram üzrə statistik göstəricilərə və uğurlu nəticələrə toxunan Yaqub Piriyev əməkdaşlığın prioritet istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini önə çəkib və bunun tərəfdaşlığa yeni məzmun qazandıra biləcəyini qeyd edib.

Səfir Kanq Kımqu Azərbaycan və Koreya arasında təhsil və elm sahəsində əməkdaşlığın önəmini vurğulayaraq, BMU–İNHA ikili diplom proqramının bu əlaqələrin inkişafına mühüm töhfə verdiyini deyib. Həmçinin ali təhsil və texnologiya sahəsində təcrübənin bölüşülməsinin, gənclər arasında akademik və mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini bildirib. BMU-nun beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi təşəbbüsləri müsbət dəyərləndirən səfir universitetlə Koreya ali təhsil müəssisələri arasında yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyətini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mövcud tərəfdaşlığın inkişafı müzakirə olunub.

Daha sonra rektor və səfir BMU–İNHA ikili diplom proqramı üzrə təhsil alan tələbələrlə görüşüb. Çıxışlar zamanı proqram tələbələrinin əldə etdikləri bilik və

təcrübələri Azərbaycan ilə Koreya arasında əlaqələrin inkişafı üçün istifadə edəcəklərinə, münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verəcəklərinə inam ifadə olunub. Hazırda İDP üzrə ümumilikdə 319 tələbənin təhsil aldığı, onlardan 117-sinin proqramın birinci mərhələsi üzrə təhsilinin dördüncü ilini Koreyada davam etdirdiyi nəzərə çatdırılıb. Proqramın ikinci mərhələsi üzrə isə 200 tələbə BMU-da 1-ci və 2-ci kurs üzrə təhsil alır. O da qeyd olunub ki, İDP üzrə ümumilikdə 256 tələbə məzun adını qazanıb və onlar öz karyeraları ilə mühüm uğurlara imza atıblar. Eyni zamanda əməkdaşlığın davamı olaraq, BMU ilə Koreyanın İNHA Universiteti arasında imzalanmış Niyyət Məktubuna əsasən, ikili diplom proqramı üzrə təhsildə fərqlənən məzunların 10 faizinin İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüdlə təmin edildikləri, məzunlardan 18 nəfərin bu təqaüdü qazandıqları diqqətə çatdırılıb və tələbələrə belə imkanlardan yararlanmaları tövsiyə olunub.

Səmimi şəraitdə keçən görüşdə tələbələrin təhsil təcrübəsi, Koreyada tədris prosesi, akademik mühit və gələcək karyera planları ətrafında söhbət aparılıb, onların sualları cavanlandırılıb.

Ziyarət çərçivəsində səfir BMU-nun elmi-tədqiqat və tədris laboratoriyasına, həmçinin Texnoparkına baş çəkib. Səfir, habelə universitetdə fəaliyyət göstərən Kinq Seconq İnstitutunu da ziyarət edib.









Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Oktyabr 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri