Icma.az
close
up
RU
Rektor bufetdən 20 min alır iddiası gərək sübut olunsun Ekspert

Rektor bufetdən 20 min alır iddiası gərək sübut olunsun Ekspert

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əmrah Həsənli: "Kimisə ittiham etmək üçün fakt və sübut lazımdır"Oksford Universitetinin bufet sistemi diqqət çəkdi- gəlir var, amma tələbənin hesabına deyil

“Rektor universitetə “oxrana” ilə daxil olur, rektor universitet bufetindən 20 min kirayə haqqı alır, rektor universitetə şəxsi obyekti, şəxsi biznesi kimi baxırsa, o təhsil müəssisəsindən nə gözləyirsən?” Bu sözləri “Bakı Reallığı” podkastında "Dahi Academy" tədris mərkəzinin təsisçisi və direktoru Dahi Lətifov səsləndirib. D.Lətifov ümumi danışıb, konkret ad çəkməyib. Söylədiklərində həqiqət payı nə qədərdir?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, hansısa vəzifəli şəxslərin qeyri-qanuni işləri ola bilər. Azərbaycan hüquqi dövlətdir, biznes fəaliyyətləri qanunla tənzimlənir:

“Kimisə ittiham etmək üçün ortada sübut olmalıdır. Pafosla danışırlar, bəlkə də reklam xatirinə bunu edirlər. Cəmiyyət tərəfindən də baxılır, izlənir, alqışlanır ki, hə, düz deyir. Amma iddialar fakta söykənməlidir. Əgər hardasa korrupsiya, qanunazidd əməllər varsa, əlbəttə, buna qəti yol vermək olmaz. Ali məktəblərə rektorlar ölkə başçısının sərəncamı ilə 5 il müddətinə təyin edilirlər. Onlar bu etimadı doğrultmaq üçün əllərindən gələni etməlidirlər. Məsuliyyət daşıyırlar Prezident qarşısında, cəmiyyət qarşısında. Universitetlər ölkə gənclərini yetişdirir. Bu mənada diqqətli, məsuluyyətli olmaq və sui-istifadə hallarına yol vermək olmaz. Konkret fakt varsa, buyursunlar, bildirsinlər, müvafiq orqanlar da tədbir görsün”.

Podkastda səslənən “rektor universitet bufetindən 20 min kirayə alır” iddiası üzərinə kiçik bir araşdırma apardıq. Məsələn, dünya üzrə məşhur ali məktəblərin bufetlərində vəziyyət necədir, oralarda universitet bufetləri gəlir mənbəyidirmi?   

Məsələn, məşhur Oksford Universitetinin rəsmi Oxford University Finance and Funding məlumatına görə, gəlirlər əsasən tədqiqat qrantları, təhsil haqları və investisiyalardan formalaşır. Universitetin və ona daxil olan kolleclərin maliyyə mənbələri tədqiqat qrantları, hökumət qurumlarından, elmi fondlardan və sənaye tərəfdaşlarından alınan vəsaitlər, yerli və xarici tələbələrin ödədikləri təhsil haqları, əsrlər boyu toplanmış kapitalın qiymətli kağızlara, fondlara yatırılması və daşınmaz əmlak icarəsindəndir. Məzunların, xeyriyyəçilərin və fondların bağışladığı ianələr, Oksford Universitetinin nəşriyyat evi (Oxford University Press) kimi qurumların gətirdiyi qazanclar da var. Oksford Universitetində tələbələr əsasən öz kolleclərinin yeməkxanalarında, eləcə də universitet daxilindəki müxtəlif kafe və bufetlərdə qidalanırlar. Universitet və onun müstəqil kollecləri bu iaşə obyektlərindən əhəmiyyətli gəlir əldə edir. Amma tələbələrin hesabına yox. Oksfordun mərkəzi binalarında, kitabxanalarında və universitet muzeylərində həm tələbələr, həm də şəhər qonaqları üçün ümumi kafelər mövcuddur. Bu sistem iki fərqli xətt üzrə işləyir və qazanılan vəsait daxili xərcləri qarşılamaq və kapitalı artırmaq üçün istifadə olunur. Tələbələrə təklif olunan yeməklər kommersiya məqsədi güdmür və qiymətlər şəhər mərkəzinə nisbətən aşağı saxlanılır. Gündə 3 dəfə qidalanmaq olar. Qiymətlər 6 avro.nu aşmır. Buradan gələn gəlir əsasən mətbəx işçilərinin maaşlarını, ərzaq xərclərini və infrastrukturun saxlanılmasını qarşılayır. Universitet və kolleclər öz möhtəşəm tarixi yeməkxanalarını, kafelərini və zallarını tətil dövrlərində yay məktəblərinə, özəl korporativ tədbirlərə, toy mərasimlərinə və konfranslara icarəyə verirlər. Bu kommersiya xidmətlərindən gələn gəlir kolleclərin büdcəsinə çox böyük maliyyə axını təmin edir. Universitetə məxsus kafelər hər il yüz minlərlə turistə xidmət edir və təmiz kommersiya gəliri hesab olunur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri