Icma.az
close
up
RU
Həmin evlər 20 faiz bahalaşacaq Ekspert

Həmin evlər 20 faiz bahalaşacaq Ekspert

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda nəqliyyatın yükünü azaltmaq üçün tramvay xəttinin çəkiləcəyi xəbəri özü ilə birlikdə bir çox məsələləri ortaya çıxarıb. Təqdim ediləm sxemə əsasən reys üzərində bir çox yaşayış məntəqələri var. Məntəqələrin söküləcəyi yoxsa qiymətlərin daha da bahalaşması barədə suallar yaranıb.
Mövzu ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, tramvay xətti ilə bağlı iki mümkün variantın müzakirə olunduğu deyilir:
"Əgər bu xətt üzrə hər hansı tikilinin sökülməsi və ya aradan qaldırılması zəruri olarsa, həmin mülkiyyət sahiblərinə mütləq kompensasiya veriləcək. Dövlət bu prinsiplə fəaliyyət göstərir və mülkiyyət hüququndan imtina edən vətəndaşlara adekvat kompensasiya ödənilir".
O bildirib ki, xəttə yaxın ərazilərdə yerləşən evlərin taleyi ilə bağlı ciddi narahatlığa əsas yoxdur:
"Əksinə, tramvay dayanacaqlarına yaxınlıq həmin evlərin qiymətinə və prestijinə müsbət təsir göstərəcək. Nəqliyyat əlçatanlığı daşınmaz əmlakın dəyərinə birbaşa təsir edən əsas amillərdən biridir. Doğrudur, tikinti mərhələsində müəyyən müvəqqəti narahatlıqlar yarana bilər, lakin uzunmüddətli baxımdan bu faktor evlərin dəyərini artırır".
Ekspert qiymət artımının həcminə gəlincə bildirib ki, adətən yol və nəqliyyat xətlərinə yaxın olan evlər bazarda 10–20 faiz daha yüksək qiymətlə təklif olunur:
"İlkin mərhələdə bu ehtimal realdır. Lakin tramvay xəttinin real təsiri layihə tam icra olunduqdan sonra daha dəqiq qiymətləndirilə bilər. Bəzi hallarda ictimai nəqliyyatın birbaşa yaxınlığı prestij deyil, müəyyən problemlər də yarada bilər.
Layihə tam formalaşdıqdan sonra daha dəqiq proqnoz vermək mümkün olacaq. Ümumilikdə isə şəhərin tramvay sisteminə qayıtması uğurlu seçimdir və bu təcrübə inkişaf etmiş Avropa paytaxtlarında geniş yayılıb. Bu addım nəqliyyat əlçatanlığının artırılması və ictimai nəqliyyatın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır".
O qeyd edib ki, tramvaylarda gediş haqqı da layihənin uğuruna birbaşa təsir göstərəcək.
"Gediş haqqı digər ictimai nəqliyyat növləri ilə müqayisədə daha əlverişli olmalıdır. Layihənin əsas məqsədi paytaxtdakı tıxacları azaltmaqdır, onları artırmaq deyil.
Bəzən ictimai nəqliyyat layihələri düzgün planlaşdırılmadıqda digər nəqliyyat növləri üçün problemlər yaradır. Buna görə layihələndirmə mərhələsində ictimai nəqliyyatdan istifadənin səviyyəsi və təşviq mexanizmləri nəzərə alınmalıdır. Vətəndaşlar şəxsi avtomobillərdən daha çox ictimai nəqliyyata üstünlük verməlidirlər. Bunun üçün ictimai nəqliyyat ucuz, rahat, sürətli və tıxacsız olmalı, komfortlu gedişi təmin etməlidir", -deyə o bildirib.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Yanvar 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri