Icma.az
close
up
RU
Rektor Çində təhsil alacaq tələbələrlə görüşdü FOTOLAR

Rektor Çində təhsil alacaq tələbələrlə görüşdü FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında bu ildən etibarən icrasına başlanılan ikili diplom proqramı çərçivəsində təhsillərini Çin Xalq Respublikasında davam etdirəcək ilk tələbə qrupu ilə görüş keçirilib. 

"Unikal" xəbər verir ki, tədbirdə tələbələrə ən səmimi təbriklərini çatdıran BMU-nun rektoru Yaqub Piriyev Çinin aparıcı ali təhsil müəssisələrindən olan PKTU ilə birgə gerçəkləşdirilən proqramın Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisaslarını əhatə etdiyini xatırladıb. Bildirib ki, bu, Azərbaycan ilə Çin universitetləri arasında bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır. 2+2 modelinə əsasən BMU-da I və II kursları uğurla başa vuran tələbələr müvafiq seçim və prosedurları keçdikdən sonra növbəti kursları Çində oxuyacaqlar. Sonda isə iki universitetin diplomunu əldə edəcəklər. 

Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan dostluq münasibətlərini ayrıca vurğulayan Yaqub Piriyev Şanxay Əməkdaşlıq Təşkilatının illik sammitində Azərbaycan liderinə göstərilən ən ali münasibəti, o cümlədən iki ölkə arasında viza rejiminin ləğvini əlaqələrin yüksələn xətt üzrə inkişafının daha bir bariz nümunəsi olduğunu bildirib. Qeyd edib ki, iki dost ölkənin liderlərinin müəyyənləşdirdiyi strateji xətt çərçivəsində həyata keçirilən işlər təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə də mühüm töhfə verir.

Rektor vurğulayıb ki, Çində təhsillərini davam etdirəcək BMU tələbələrinin qazanacağı bilik və təcrübə yalnız onların fərdi inkişafı üçün deyil, habelə Azərbaycan-Çin münasibətlərinin daha da inkişafı və ölkəmizin elmi-texnoloji potensialının güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclərin qlobal elmi mühitə inteqrasiyasının, yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasının ölkəmizin inkişaf strategiyasında xüsusi yer tutduğunu önə çəkən Yaqub Piriyev tələbələrə Azərbaycanı layiqincə təmsil etmək, daima çalışmaq və göstərilən etimadı doğrultmaq yönündə tövsiyələrini çatdırıb. Eyni zamanda, onların gələcəkdə ölkəmizin mühəndislik, sənaye və texnologiya sahələrinin inkişafına dəyərli töhfələr verəcəklərinə əminliyini dilə gətirib.

Tədbirdə digər çıxışlar zamanı Çində tələbələr üçün yüksək şəraitin yaradıldığı bildirilib, səfərin zəruri prosedurları və tədris prosesinə dair vacib məqamlar diqqətə çatdırılıb.   

Təhsillərini PKTU-da davam etdirəcək tələbələr bu ilin sentyabr ayının 8-də Çinə yola düşəcək.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://unikal.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri