Zəfər Qurbanov Türkiyədə təhsil alacaq tələbələrlə görüşdü FOTOLAR
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramında təhsil alan tələbələr və onların valideynləri ilə görüş təşkil olunub.
"Unikal" xəbər verir ki, görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov beynəlxalq təhsil imkanlarının tələbələrin gələcək inkişafında mühüm rol oynadığını vurğulayaraq, proqram çərçivəsində növbəti tədris ilində Ege Universitetində təhsil alacaq III kurs tələbələrinə uğurlar arzulayıb. Rektor tələbələrə akademik fəaliyyətlərində məsuliyyətli olmağı, universiteti layiqincə təmsil etməyi tövsiyə edib.
Daha sonra valideynlərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Universitet rəhbərliyi tərəfindən tədris prosesi, tələbələrin yaşayış və sosial təminatı ilə bağlı ətraflı məlumat təqdim olunub.
Valideynlər çıxış edərək övladlarının beynəlxalq təhsil imkanlarından faydalanması üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda təhsil göstəricilərinə və ictimai fəallıqlarına görə fərqlənən tələbələrə və onların valideynlərinə təşəkkürnamələr təqdim olunub.
%201.jpeg)


%201.jpeg)
%201.jpeg)
%201.jpeg)
%201.jpeg)


%201.jpeg)
%201%20(1).jpeg)
%201.jpeg)


