Icma.az
close
up
RU
Rektor: İslama qarşı artan nifrət narahatedici vəziyyətdədir

Rektor: İslama qarşı artan nifrət narahatedici vəziyyətdədir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 27 may, AZƏRTAC

“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın Azərbaycan tərəfindən keçirilməsi olduqca vacib addımdır. Çünki Azərbaycan tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin, dillərin və etnik qrupların sülh içində birgə yaşadığı ölkə olub.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusunda plenar iclasda deyib.

A.Şirinov qeyd edib ki, bu gün dünyanın bir çox yerində İslama qarşı artan nifrət və ayrı-seçkilik tendensiyaları narahatedici vəziyyətdədir. İslamofobiyanın kökləri qədimlərə gedib çıxır. Tarix boyu, xüsusilə Avropada İslamla bağlı formalaşan təsəvvürlər, bir çox hallarda qərəzli şəkildə təhrif olunub.

Orta əsrlərdə Avropa universitetlərində və dini məktəblərində İslamla bağlı yazılan əsərlər, təəssüf ki, bu böyük dinin mahiyyətini əks etdirməkdən çox uzaq idi. Bu yazılar bir çox hallarda dini və mədəni rəqabətdən doğan qorxu və təbliğatla yazılıb. Məhəmməd Peyğəmbərə qarşı yazılan təhqiramiz ifadələr, müsəlmanların barbar və geridə qalmış kimi təqdim olunması yüz illərlə ictimai şüuru formalaşdıran əsas mənbələrə çevrilib.

“Ancaq təəssüf ki, bu qərəzli fikirlər XXI əsrdə, texnologiya və bilik dövründə də baş verir. Tarixin bu qədər irəlilədiyi, insanların fərqli mədəniyyətləri anlamalı olduğu bir dövrdə bu cür köhnə nifrətlərin hələ də yaşaması, sözün əsl mənasında, ürək ağrısıdır.

Burada məsuliyyət yalnız müsəlmanlara yox, bütün bəşəriyyətə aiddir. Biz bu tarixi qərəzləri, səhv narrativləri üzə çıxarmalı, onları doğru bilik və anlayışla əvəz etməliyik. Alimlər, müəllimlər, jurnalistlər və siyasətçilər bu məsələdə üzərilərinə düşən rolu dərk etməli və nifrətə yox, dialoqa xidmət göstərməlidirlər”, - deyə Azərbaycan İlahiyyat İnstitutunun rektoru əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 May 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri