Icma.az
close
up
RU
Fransada islama təzyiqlər artır

Fransada islama təzyiqlər artır

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransada parlamentin yuxarı palatasını təşkil edən Senatda idman yarışlarında hicabın qadağan edilməsini nəzərdə tutan qanun layihəsi qəbul olunub.

"Cebheinfo.az" xəbər verir ki,  Senatda keçirilən səsvermədə qanun layihəsi 81 əleyhinə,  210 lehinə səslə qəbul edilib.  38 senator  bitərəf qalıb, 19 senator səsvermədə iştirak etməyib.

Sağ mərkəzçi Respublikaçılar (LR) partiyasından olan senator Mişel Savinin Senata təqdim etdiyi qanun layihəsi çərçivəsində ictimai idman obyektlərində kütləvi namaz qılınmasının qadağan edilməsi də nəzərdə tutulub.

Senatda ictimai hovuzlarda hicablı çimərlik paltarları kimi dini mənsubiyyəti göstərən simvolları və geyimləri də qadağan edən qanun layihəsinin müzakirəsi zamanı solçu və sağ mərkəzçi senatorlar arasında gərginlik yaşanıb.

Solçu senatorlar ümumi assambleyada çoxluğu təşkil edən sağ mərkəzçi LR Partiyası senatorlarını bu qanun layihəsi ilə "müsəlman qadınları ləkələməkdə" günahlandırıblar.

Senatda çıxış edən sosialist senator Sylvie Robert LR Partiyasından olan həmkarlarının Senatda müzakirə etmək üçün seçdiyi məsələlərin cəmiyyəti parçaladığına diqqət çəkib: “Bu qanun layihəsinin siyasi məqsədi var ki, bu da dünyəviliyi alətə çevirərək bir dini İslamı ləkələməkdir”.

Yaşıllar (EELV) Partiyasından olan senator Yannick Jadot islamın sağ mərkəzçi senatorlar arasında "vəsvəsə" olduğunu deyib.

 Qanun layihəsi parlamentin aşağı palatasını təşkil edən Milli Assambleyada da müzakirəyə çıxarılacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see352

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see331

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see312

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see311

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see277

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see273

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see262

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see255

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see206

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see204

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see202

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see198

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see196

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see195

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see193

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see184

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri