Icma.az
close
up
RU
Rektor Natiq Əliyev: Peşəkar rəssam mütləq akademik hazırlıq keçməlidir

Rektor Natiq Əliyev: Peşəkar rəssam mütləq akademik hazırlıq keçməlidir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Bu il Azərbaycan Rəssamlıq Akademiyasının 25 illik yubileyi tamam olur. Azərbaycanda rəssamlıq tədrisinin əsası isə ötən əsrin 20-ci illərində qoyulub. Həmin dövrdə Bakıda rəssamlıq texnikumu fəaliyyətə başlayıb. İstedadlı gənclər bu təhsil ocağına qəbul olaraq beş il ərzində təsviri sənətin əsaslarını mənimsəyiblər. Onların bir qismi təhsillərini davam etdirmək üçün SSRİ-nin müxtəlif şəhərlərindəki ali rəssamlıq məktəblərinə üz tutub, bir qismi isə Bakıda qalaraq yaradıcılıqla məşğul olub, sərgilərdə iştirak edib və Rəssamlar İttifaqına üzv seçiliblər. Həmin nəsil arasında Xalq rəssamları da var.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev deyib.

Rektor bildirib ki, hazırda Akademiyada 2 fakültə və 12 kafedra fəaliyyət göstərir, bunlardan 10-u buraxılış kafedralarıdır. Akademiyada 1300 tələbə təhsil alır, 150 müəllim dərs deyir.

“Əsas məqsədimiz tələbələrə əvvəlcə güclü akademik baza verməkdir. Peşəkar rəssam olmaq üçün mütləq akademik hazırlıq olmalıdır. Aşağı kurslarda əsas baza formalaşdırılır, yuxarı kurslarda isə tələbələrə daha çox sərbəstlik verilir, onları müasir incəsənət prosesləri ilə tanış edirik, rəssamlarla görüşlər təşkil edirik”, – deyə Natiq Əliyev vurğulayıb.

Rektor qeyd edib ki, yubiley çərçivəsində həyata keçirilən ən önəmli təşəbbüslərdən biri türkdilli dövlətlərin ali təhsil müəssisələrinin rəhbərlərini bir araya gətirən Rektorlar Şurasının ilk iclası oldu.

“Bakıda üç gün davam edən tədbir çərçivəsində Rektorlar Şurası təsis olundu və Azərbaycan Rəssamlıq Akademiyasının rektoru olaraq mən bu Şuraya iki il müddətinə sədr seçildim. Sədrliyin müddəti başa çatdıqdan sonra bu vəzifə növbəli şəkildə digər ali məktəb və akademiyaların rektorları tərəfindən davam etdiriləcək”, – deyə qeyd edib.

Natiq Əliyev əlavə edib ki, yubiley tədbirləri çərçivəsində Akademiyada dərs vermiş və hazırda dərs deyən müəllimlərin əsərlərindən ibarət kataloqun hazırlanması, həmin əsərlərin sərgi və konfransının təşkili də planlaşdırılır.

Bununla yanaşı, o vurğulayıb ki, ölkədə yeganə heykəltəraşlıq kafedrası məhz Azərbaycan Rəssamlıq Akademiyasında fəaliyyət göstərir və Akademiyada dərs deyən heykəltəraşların yaratdıqları abidələr dünyanın beş qitəsində özünə yer tapıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri