Icma.az
close
up
RU
Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə QƏRAR VERİLDİ

Rektorun sifarişi ilə qətl işi Ali Məhkəmədə QƏRAR VERİLDİ

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə Elm və Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun sifarişlə öldürülməsində təqsirli bilinən universitetin sabiq rektoru Müşfiq Atakişiyevin bacısı oğlu Dəyanət Quliyevin şikayətinə baxılıb.

Tribuna.az  xəbər verir ki, Ali Məhkəmə kasasiya şikayətlərini təmin etməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmü qüvvədə saxlayıb. Beləliklə, hər üç təqsirləndirilmiş şəxsə təyin olunmuş 14 il 6 aylıq həbs cəzası dəyişməz qalıb.

İttihama görə, hadisə 16 sentyabr 2011-ci ildə baş verib. “Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədov səhər gəzintisi zamanı Şərifzadə küçəsində yerləşən idman meydançasında amansızlıqla qətlə yetirilib. İstintaq müəyyən edib ki, cinayət universitetin o dövrdə rektoru Müşfiq Atakişiyevin sifarişi ilə həyata keçirilib. Müşfiq Atakişiyev prorektoru özünə ciddi rəqib hesab edib, onun gələcəkdə rektor ola biləcəyindən ehtiyatlanıb. Bu şübhə və ambisiya qisas qərarına çevrilib. İttihama əsasən, Atakişiyev qohumu, polis əməkdaşı Dəyanət Quliyevə prorektoru aradan qaldırmağı tapşırıb.
Dəyanət Quliyev isə bu işi həyata keçirmək üçün uşaqlıq dostu olan Samir Quliyevi tapıb və ona 40 min ABŞ dolları təklif edib. Bundan əlavə, gələcəkdə maddi və mənəvi dəstək vədi də verilib. Samir Quliyev bir neçə gün zərərçəkmişi izləyib və səhər saat 4-5 arası gəzintiyə çıxan prorektoru tək yaxalayıb. O, əlindəki dəmir boru ilə Tariyel Əhmədovun baş və bədən nahiyələrinə çoxsaylı zərbələr endirərək onun ölümünə səbəb olub. Cinayət alətini kimsəsiz əraziyə ataraq hadisə yerini tərk edən Samir Quliyev qısa müddətdə polis tərəfindən tutulub.

Cinayət Məcəlləsinin 32.3 və 120.2.5-ci maddələri (sifarişlə adam öldürmədə təşkilatçılıq) üzrə Müşfiq Atakişiyev və Dəyanət Quliyev, 120.2.5-ci maddəsi (sifarişlə adam öldürmə) üzrə isə Samir Quliyev məsuliyyətə cəlb olunublar. Məlum olub ki, hadisə baş verən vaxt Dəyanət Quliyev daxili işlər orqanlarında, Binəqədi RPİ-nin 7-ci Polis Şöbəsində əməliyyat müvəkkili kimi çalışıb. Samir Quliyev isə taksi fəaliyyəti ilə məşğul olub.

Müşfiq Atakişiyev uzun illər ali təhsil sahəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin institut nəzdində doktorluq dissertasiya şurasının sədri olub. Qeyd edək ki, “Təfəkkür Universiteti” 2017-ci ildə ləğv edilib.

Ali Məhkəməyə müraciətində Dəyanət Quliyevin vəkili cəzanın ağır olduğunu bildirərək hökmün dəyişdirilməsini istəyirdi. Lakin Ali Məhkəmə onların arqumentlərini əsaslı saymayıb və əvvəlki instansiyaların qərarını qüvvədə saxlayıb. Beləliklə, uzun illər davam edən iş üzrə son hüquqi mərhələ də tamamlanıb.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Dekabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri