Icma.az
close
up
RU
ALİ TƏHSİLƏ MALAYZİYA BAXIŞI Rektorun YAZISI

ALİ TƏHSİLƏ MALAYZİYA BAXIŞI Rektorun YAZISI

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Təhsilin və o cümlədən, ali təhsilin gələcəyi bütün dünyada təhsil mütəxəssisləri və təhsil menecerlərini çox düşündürür. Ciddi müzakirələr, yeni-yeni tədqiqatlar aparılır, konfranslar və forumlar təşkil edilir. Bu baxımdam Malayziya da istisna deyil. 

"AzPolitika" xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in rektoru, professor Ədalət Muradovun rəsmi sosial media hesabında paylaşdğı yazıda yer alıb.

Rektor daha sonra yazıb: "Ali təhsilin gələcəyi ilə bağlı bu ölkə universitetlərində və tanınmış mütəxəssislərlə apardığımız müzakirələrdə müşahidə etdiyimiz baxışlar və yanaşma maraqlı göründü və onların ali təhsilə baxışını ümumiləşdirməyə çalışdıq:

1. Universitetlərin rəqəmsal transformasiya sonrasındakı gələcəyi onları çox maraqlandırır. Onların fikrinə görə, müzakirə predmeti universitetlərdə təkcə necə dərs demək deyil, həm də süni intellekt, qlobal mobillik dövründə universitetlərin niyə mövcud olmasıdır.

2. Son 20 ildə universitetlər modernləşir: sinif otaqlarından LMS-lərə, taxta lövhələrdən ağıllı lövhələrə, dərsliklərdən çatbotlara keçir. Lakin bu dəyişikliklər səthi xarakter daşıyır. Öyrənmənin məqsədini və təcrübəsini dəyişmədən sadəcə köhnə təhsil modelinin rəqəmsallaşdırıldığını və bunun təhlükəli olduğunu vurğulayırlar.

3. İndi Süni İntellekt mühazirə oxuya, məzmun yarada, tapşırıqları qiymətləndirə və fərdiləşdirilmiş tədris təqdim edə bilirsə, universitetlərin hələ də bilik ötürən qurumlar kimi qalması və yaxud daha fərqli bir təsisat olması məsələsinə aydınlıq gətirilməsi geniş müzakirə olunur.

4. Süni intellekt və rəqəmsal alətlərin yalnız formatı deyil, təhsilin kimliyini və məqsədini necə dəyişdirdiyini yenidən dərk etmək lazımdır.

5. Süni intellekt ağıllıdır, amma insan deyil. O empatiyanı, dürüstlüyü, təvazökarlığı, mədəniyyəti və mənəviyyatı öyrədə bilmir. Amma məsuliyyətli liderlik və qlobal vətəndaşlıq üçün məhz bu keyfiyyətlər vacibdir.

6. Süni İntellekt təhsili həm demokratikləşdirə və həm də yeni bərabərsizlik yarada bilər — xüsusilə də imkansız, kənd yerlərində yaşayan və ya dil dəstəyi olmayanlar üçün.

7. Süni intellekt dövründə təhsilin insani, inklüziv, mədəni cəhətdən mənalı və ədalətli qalması yolları geniş müzakirə edilir.

8. Fikir səsləndirilir ki, Süni İntellekt bilik ötürülməsini səmərəli təmin edirsə, universitetin dəyəri artıq nə öyrətdiyində yox, tələbə və tədqiqatçıların hansı problemləri həll edə bilməsində ola bilər.

9. Gələcəyin universiteti binaları, reytinqləri və diplomları ilə deyil, cəmiyyətə göstərdiyi real təsirlə müəyyən oluna bilər.

10. 5-ci nəsil universitet modeli geniş müzakirə predmetidir. Çoxluğun fikri ondan ibarətdir ki, rəqəmsal transformasiyadan və Süni İntellektin tətbiqindən sonrakı universitetlər missiya yönümlü olmalıdır və bu 5-ci nəsil universitet modelinin əsasıdır.

Uğurlar! Hər şey daha da yaxşı olacaq!"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Noyabr 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri