Icma.az
close
up
RU
Renduliçin sıxıntıları Sabahın qələbəsizlik seriyası

Renduliçin sıxıntıları Sabahın qələbəsizlik seriyası

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Sabah" ən yaxşı dönəmini Murad Musayevlə yaşayıb. Möhtəşəm komanda idi. Rəqibi pressinq dalğasında boğan, ildırım sürətli hücumlar quran "Sabah" Premyer Liqada fırtına kimi əsirdi. Lakin ardı gəlmədi. Kaşukla Mikelslə birlikdə əzəmət də tərk elədi Musayevin "Sabah"ını...

"Hər işdə bir xeyir var" deyiblər. Ötən mövsüm "Sabah"ı "Krasnodar"a dəyişən Musayevin komandası hal-hazırda Rusiya çempionatında liderdir. O, muradına doğru getsə də, "Sabah"ın Renduliçlə nəyə doğru getdiyini müəyyənləşdirmək çətindir.

Demək olmaz ki, vəziyyət bərbaddır. Baş verənlər daha çox naməlumluğa bənzəyir. Bir tərəfdən baxanda, "Sabah" elə də pis oynamır. Məsələn, "Zirə" (1:1) və "Neftçi" (0:0) ilə görüşlərdə rəqiblərindən daha yaxşı oynayıb, "Sumqayıt"a məğlub olduğu matçda da oyunboyu daha üstün tərəf olub. Amma fakt odur ki, Renduliç 5 oyundur ki, qələbə qazana bilmir - 2 məğlubiyyət, 3 heç-heçə! 

Müxtəlif oyun epizodlarında Krunoslav Renduliçin iş üslubunun ştrixləri nəzərə çarpır. Məsələn, "Sabah" standart vəziyyətlərdən sonra ev tapşırıqları hesabına qollar vurur, bəzi oyun elementlərində məşqçi işi qabarıq sezilir. Lakin son vaxtlar "Sabah"ın Mikels və Sekidikadan asılılıq "xəstəliyi" yaranıb. Bu futbolçuların oyunu alınmayanda, sanki Renduliç nəticə qazanmaq üçün başqa çarə tapmaqda çətinlik çəkir. 

"Sumqayıt"la oyunda da təxminən buna bənzər mənzərə yaşandı. Əsas oyunçular fərdi keyfiyyətləri hesabına heç nə yarada bilmədilər. "Sabah" üstün oynamağına baxmayaraq, matç ərzində rəqib qapısı önündə ciddi təhıükə yarada bilmədi. Bir-iki epizodda "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov inamsız oynadı, onu da müdafiəçilər sığortaladılar. 

Növbəti tur "Sabah"ı "Kəpəz"lə oyun gözləyir. Mikels cəza səbəbindən həmin oyunu buraxmalı olacaq. Lakin gedişatı dəyişmək üçün ən münasib rəqiblərdən biri elə "Kəpəz"dir. Əcnəbi mütəxəssis bu dəfə də qələbəni əldən versə, yersiz itirilən xallar yekunda "Sabah"ın avrokuboklara vəsiqə verən yerləri itirməsinə gətirib çıxara bilər. 

Həmid

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://sportal.az
archiveBu xəbər 05 Noyabr 2024 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see171

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see146

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see138

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri