Icma.az
close
up
RU
Renduliçin qələmini qıran matç

Renduliçin qələmini qıran matç

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Turan Tovuz – Sabah (Bakı) 1:1 (0:0)
1. İvan Konovalov – 5,0
4. Şəhriyar Əliyev (k) – 5,5
10. Xəyal Nəcəfov – 5,5
88. Faiq Hacıyev – 6,0
7. İsmayıl Zülfüqarlı – 5,5
(99. Sadiq Şəfiyev, 77) – qiymətsiz
9. Kristian da Silva) – 6,0
23. Alexandro Serrano – 6,0
15. Emanuel Hakman – 5,0
25. Denis Marandiçi – 5,5
80. Otto Con – 6,5
(6. Araş Qaderi, 77) – qiymətsiz
21. Aleks Souza – 6,0
(11. Ayxan Quseynov, 82) – qiymətsiz
Ehtiyat oyunçular
41. Sergey Samok
71. Mehman Hacıyev
33. Eltun Turabov
8. Tural Bayramlı
13. Fərid Yusifli
44. Rüfət Əhmədov
77. Veysəl Rzayev
70. Məzahir Məmmədzadə
20. İbrahim Ramazanov
Baş məşqçi: Kurban Berdıyev
Komandanın ən yaxşısı: Otto Con
1. Yusif İmanov – 6,0
4. Elvin Camalov (k) – 6,0
17. Tellur Mütəllimov – 6,0
2. Amin Seydiyev – 5,5
6. Abdulax Xaybulayev - 5,5
(9. Anatoli Nuriyev, 61) – 4,5
20. Coy-Lens Mikels – 6,5
40. İqor Noqeyra – 5,5
70. Cesse Sekidika – 6,0
3. Con İrasabal – 5,5
11. Kahim Parris – 6,0
(10. Namik Ələskərov, 77) – qiymətsiz
99. Neqoş Kupusoviç – 5,0
(18. Pavol Safranko, 46) – 5,0
Ehtiyat oyunuçlar
75. Emil Həbibov
94. Rəvan Mirzəmmədov
5. Rəhman Daşdəmirov
77. Şakir Seyidov
22. Abdulla Rzayev
15. Seymur Məmmədov
88. Xəyal Əliyev
7. Boyan Letiç
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Coy-Lens Mikels
Qollar: O.Con, 46 (1:0, F.Hacıyev). C-L.Mikels, 67 (1:1, K.Parris).
Vərəqələr: E.Camalov, 33 (hakimin qərarına etiraz). N.Kupusoviç, 44 (qeyri-idman hərəkəti). C-L.Mikels, 83 (qeyri-idman hərəkəti). C.İrasabal, 90+1 (qeyri-idman hərəkəti). A.Qaderi, 90+2 (oyunun bərpasının ləngidilməsi) – sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov (hamısı Bakı).
VAR hakimi: Cavid Cəlilov (Bakı).
VAR hakiminin köməkçisi: Müslüm Əliyev (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı) .
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
24 noyabr. Tovuz. Şəhər stadionu. 4500 tamaşaçı (6800 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Tovuzda keçirilən qarşılaşma hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyırdı. “Turan Tovuz” iki gün əvvəl qələbə qazanan “Araz-Naxçıvan”la xal fərqini azaltmaq niyyətindəydisə, “Sabah” turnir cədvəlində “Zirə”ni geridə qoymaq istəyirdi.
Oyunda ilk təhlükəli vəziyyət 5-ci dəqiqədə qonaqların qapısı önündə yarandı. Faiq Hacıyev iki rəqibdən sıyrılıb qapı qarşısına ötürmə versə də, Souzanın zərbəsində azca dəqiqlik çatmadı. 13-cü dəqiqədə isə Elvin Camalov topu Xaybulayevə ötürdü. Xaybulayevin Parrisə ötürmə verdiyini görən “Turan Tovuz”un qolkiperi Konovalov irəli atılaraq topu ələ keçirdi. 23-cü dəqiqədə Faiq Hacıyev cərimə meydançasındakı Conu “görsə” də, Yusif İmanov yerində idi. İlk yarının sonluğu da qarşılıqlı hücumlar şəraitində keçdi.
İkinci hissə “Turan Tovuz”un kəskin təzyiqi ilə başladı. Bunun da məntiqi nəticəsi kimi hesab açıld. Marandiçinin uzaqdan ötürməsini cərimə meydançasının həndəvərində qarşılayan Faiq topu Ottoya çatdırdı. Con dəqiq zərbə ilə topu tora qovuşdurdu – 1:0. Bu epizodda Noqeyra ona heç cür mane ola bilmədi. Təbii ki, qoldan sonra qonaqlar fəallaşdı. 61-ci dəqiqədə Mikels hesabı bərabərləşdirməyə yaxın oldu. Topu qapıdan aralı vuran almaniyalı hücumçu az sonra hesabı bərabərləşdirdi. O, Parrisin uzun ötürməsindən sonra Hakmanla hava mübarizəsindən qalib ayrılıb, zərbə vurmağı bacardı. Konovalov da Mikelsin topu həmin nöqtəyə göndərəcəyini gözləmirdi. 72-ci dəqiqədə Kahim uzaqdan zərbə endirsə də, “çərçivə”yə düşə bilmədi. 80-ci dəqiqədə isə Sekidikanın qapı qarşısına ötürməsini Coy-Lens zərbə ilə tamamladı, ancaq Serrano təhlükəni sovuşdura bildi.
“Turan Tovuz” növbəti dəfə xal itirməklə liderlərdən bir qədər uzaq düşdü. “Sabah” isə ardıcıl 7-ci oyunda qələbəyə həsrət qalıd. Bu heç-heçə Renduliçə baş məşqçi vəzifəsini itirmək bahasına başa gəldi.
Gözdən qaçmadı
* Stadionda “Turan Tovuz”, dövlətimizin bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanırdı.
* Matç bitəndən sonra Xəyal Nəcəfov duyğularına hakim ola bilmədi, meydanda diz çökdü, kövrəldi.
ƏSƏD SEYİDOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri