Icma.az
close
up
RU
Rəngli vitrinlərin arxasında gizlənən acı həyat...

Rəngli vitrinlərin arxasında gizlənən acı həyat...

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İlk baxışda hər şey bir tamaşa kimi görünür. Şüşə binalar günəşin altında işıldayır, küçələr axın-axın insanlarla doludur, səslər bir simfoniya kimi qarışır: turistlərin fərqli dillərdə söhbətləri, musiqiçilərin ifası, fotoaparatların "rec" düymələrindən çıxan səslər, hə, bir də "razvyazka"larda yüksələn velosiped siqnalları. 

Sanki Renessans dövrü haqda tamaşa qoyulub, mən də seyrinə bilet almışam. 

Hər şey rəngli, mükəmməl.

Səhnə də, əsas aktyor da eynidir - Hamburq.

Bu parlaq görüntünün kulisi isə işığı qədər qaranlıqdır. Şəhərin bir yanında dəbdəbə, o birində səfalət...

Bahalı brend mağazalarının önündə karton üstündə yatan insanlar, soyuğa alışmış üzü yorğun adamlar, plastik torbalardan, çamadanlardan özünə yastıq düzəldənlər...

Burada işıqla kölgə yan-yana yaşayır, sanki bir-birini tamamlayır.

Bura almanca "Stadcentrum"dur. Qısası, Hamburqun "İçərişəhər"i.

Küçədə addımladıqca qarşıma qəribə obrazlı "qəhraman" çıxır. Küçədə yatan "bomj"lardan sadəcə biridir. Onunla həmsöhbət oluram. Adı Feliksdir. Burada doğulub. Gənc yaşlarında valideynlərini itirib. 3 dəfə ailə qurub, lakin övladı olmadığı üçün yuvalarından tez ayrılıb. Deyir ki, 63 yaşı var. 20 ildir küçələrdə yaşayır. İşləyə bilər, amma dolandıracaq heç kimi yoxdur. Bir quru canı var, onu da küçələrə tapşırıb.

Onun dediyinə görə, bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır:

"Gün ərzində qızıl, gümüş bahalı olan hansı dəmir varsa, ondan xalta taxan neçə -neçə it, pişik qarşımdan keçir".

Deyir ki, dilənçiliklə günə 10 avro qazanır. Siz baxmayın 10 avro dediyimə. 

Hamburqda həyat çox bahadır. Gedəcəyim ünvana çatmaq üçün taksi axtarırdım, amma qiymətlər... Ürəyimi əməlli sıxdı: 10 dəqiqəlik məsafəyə 15-20 avro? Bu şəhərdə pul havada uçur. Nəhayət, bir taksi gəldi, sürücü 10 avroya aparacağını deyəndə azca sevinmişdim ki, o da qısa çəkdi. 

Maşına oturanda soruşdu: "Haradan gəlmisiniz? Almansınız?" İzah etdim ki, alman deyiləm. 

Dayanmadan eyni sualı verirdi: "Onda yəqin ki rus, ingilis, isveç... bəs hansı ölkədənsiniz?" Nəhayət, azərbaycanlı olduğumu dedim. 

Elə bundan sonra "qonşu" çıxdıq. Özü də sərhəd qonşusu. Əslən tehranlı idi. 

Mənim azərbaycanlı olduğumu eşidib başladı deyinməyə: 

"Aha, türk müsəlmanları". Hiss etdim ki, söhbət çox da yaxşı yerə getməyəcək. 

Susqunluğumu davam etdirdim. Qəfil sual verdi: "Hansı məzhəbə qulluq edirsiniz?" 

Dözməyib başa salmağa çalışdım ki, din də, məzhəb də vicdandan törəyir. Əsl "kafir" vicdansız olandır.

Öz-özümə çox sorğuladım, necə ola bilər ki, gəlib Avropanın "göbəyi"nə düşəsən amma əqidən dəyişməyə, azca inkişaf etməyəsən?

Məsələn, burada olduğum günlərdə heç bir yerdə kiminsə bir-birindən katolik ya provaslav olduğunu soruşduğunu görmədim. Heç kilsələrdə belə...

Kilsə demişkən, Hamburqun beş əsas kilsəsi var.

Müqəddəs Maykl kilsəsi istisna olmaqla, qalan hamısı orta əsrlərə aiddir.

Onların qüllələri Hamburqun şəhər mənzərəsini formalaşdırır. Lakin liman əhəmiyyətli bu şəhərin əsas simvolu Elba çayıdır. 

O, Mərkəzi Avropanın ən uzun və əhəmiyyətli çaylarından biridir. Təxminən 1,094 km uzunluğu olan bu çay Çexiyanın Şumava dağlarından başlayır, Almaniya ərazisindən keçərək Şimal dənizinə tökülür. 

Elba Hamburq üçün ticarət və nəqliyyat baxımından çox önəmlidir, çünki çayın limanı vasitəsilə yerli məhsullar dünya bazarına daşınır.

Çay həm də turizm və əyləncə üçün əhəmiyyətlidir. Sahil boyu gəmi turları, yürüyüş yolları və parklar turistlər və yerli sakinlər üçün məşhur məkanlardır. 

Yerli camaat hesab edir ki, Elba axdıqca Almaniyanın ruhu da təzələnir.

Şəhərin alman sakinlərinin böyük qismi xoşbəxt, sadə insanlardır. Amma onlar 60 faiz təşkil edirlər. Hamburqda yaşayan əhalinin təxminən 40%-i (2023-cü ilin demoqrafik göstəricilərinə əsasən-red.) miqrantlardır. Bu, təxminən 791.000 nəfər deməkdir. Bu göstərici, şəhərin çoxmədəniyyətli və beynəlxalq xarakterini ortaya qoyur.

Başda Türkiyə, Suriya, Ukrayna vətəndaşları olmaqla dünyanın hər yerindən buraya insan axını davam edir. Dəbdəbə və yoxsulluğu eyni anda özündə birləşdirən Hamburq ikiüzlü bir çaya bənzəyir. 

Mənbəyi sərvətlə başlayıb, mənsəbini səfillikdə tapır.

Bir küçədə simfoniya zalının parıltısı, bir az kənarda isə insanların kədəri, soyuq daşların sərtliyi... Bütün bu kontrast insanı həm heyrətləndirir, həm də düşündürür.

Şəhərin gözəlliyi danılmazdır, amma gözəlliyin yanında gizlənən kölgələr də unudulmazdır. Burada insanlar sözün əsl mənasında brendlərin altında qalır.

Elə bil Hamburq hər addımda insanı sorğuya çəkir: "sən hardansan", "kimlərdənsən", "hansı dünyaya aidsən?" Bəlkə də bu şəhərin ən böyük dərsi də budur - gözəllik təkcə binalarda deyil, həm də kölgədəki hekayələrdə yatır. (Qafqazinfo.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news24.az
archiveBu xəbər 02 Sentyabr 2025 05:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri