Renyinq Li: Bakı dünyanın ən gözəl şəhərlərindən biridir
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Bakı ev sahibliyi etdiyi bu mötəbər tədbir vasitəsilə qlobal müstəvidə müasir şəhərsalma inkişafının mükəmməl bir modelinə çevrilə bilər. Mənim nəzərimdə Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və bu gözəlliyin gələcəkdə daha da artacağına dərindən inanıram.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən "Bir kəmər, bir yol" Elm və Texnologiya Alyansının Baş katibinin müavini Renyinq Li deyib.
"Biz paytaxtın necə sürətlə inkişaf etdiyini və şəhər mühitinin necə dinamik şəkildə modernləşdiyini aydın görürük. Son günlər forum çərçivəsində nümayiş etdirilən layihələrlə, xüsusilə də Bakı şəhərinin 2040-cı ilə qədərki dövrü əhatə edən Baş Planı ilə yaxından tanış olduq. Düşünürəm ki, yaxın 15 ildən sonra Bakı nəinki Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunun, bütövlükdə dünyanın ən cəlbedici və gözəl meqapolislərindən birinə çevriləcək. Bura qlobal miqyasda böyük investorların, iş adamlarının və çoxsaylı turistlərin əsas mərkəzi olacaq", - deyə Renyinq Li bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 20 May 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















