Icma.az
close
up
RU
Yaşıllaşan, gözəlləşən Bakı dünyanın ən gözəl şəhərlərindən biridir ŞƏRH

Yaşıllaşan, gözəlləşən Bakı dünyanın ən gözəl şəhərlərindən biridir ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər paytaxt Bakıda böyük quruculuq-abadlıq işləri həyata keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Bakıda neçə-neçə yeni park və xiyabanların salınması, yeni yaşıllıq zonalarının yaradılması istiqamətində mühüm işlər görülüb. Nəinki şəhərin mərkəzində, həmçinin ucqar qəsəbələrində yeni parklar salınır, təmir-bərpaya ehtiyacı olan parklar tamamilə yenidən qurulur, bütün infrastrukturları ilə insanların ixtiyarına verilir. Ötən ilin noyabr ayında COP29 kimi dünyanın hazırkı ekoloji vəziyyətinin və iqlim baxımından gələcək taleyinin müzakirə olunduğu mötəbər bir tədbirin Bakıda keçirilməsi də paytaxtımızın dünyada ən gözəl və ekoloji baxımdan inkişaf edən şəhər olduğunu tamamilə isbatlayır.

Lakin unutmayaq ki, bu günkü Bakının yaşıllıqlarla əhatə olunması siyasəti hələ ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Təkcə bir faktı xatırladaq ki, hələ 1970-ci ilə qədər Bakı şəhərində cəmi 3 min hektara qədər yaşıllıq sahəsi mövcud olub. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə yaşıllıqların sahəsi 3 mindən 17 min hektara çatdırılıb. Yaşıllıqların ekoloji balansın tənzimlənməsində vacib roluna böyük önəm verən Ulu öndərimiz hələ 1970-ci illərdə müxtəlif çıxışlarında XX əsrin sonuna qədər yaşıllıqların sahəsini 35-40 min hektara çatdırmağı perspektiv plan kimi qarşıya qoymuşdu. Məhz Ulu Öndərin o zamankı böyük təşəbbüs və bacarığı ilə yarıdlan yeni yaşıllıq zonaları, park və xiyabanlar Bakının gələcək illərdə ekoloji baxımından inkişafı üçün böyük stimul oldu.

Bu gün Ulu öndər Heydər Əliyev siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Belə ki, fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər, parkda yaradılan şəraitlə tanış oldular. Yeni istifadəyə verilən park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

Onu da vurğulamaq istərdim ki, son 20 ildə paytaxtda və regionlarda yaşıllaşdırma, abadlaşdırma, parksalma işləri daha qabarıq şəkildə özünü göstərir. Dənizkənarı Milli Park, Filarmoniya bağı, Dədə Qorqud parkı, Heydər Əliyev Sarayının qarşısında yerləşən Heydər Əliyev adına park, Zabitlər parkı və s. bu yöndə görülən işlərə əyani misaldır. Bu parklar paytaxtımızı daha da gözəlləşdirir. Bir vaxtlar qurumuş ağacları, sınıq-salxaq oturacaqları ilə insanları təəssüfləndirən parklardan əsər-əlamət qalmayıb. Prezidentin tapşırıq və göstərişlərinə əsasən, paytaxtımızda icra olunan layihələr nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtımız gündən-günə abadlaşır, müasirləşir və yenilənir.

Vətəndaşların istirahətinin, asudə vaxtlarının səmərəli təşkilində parkların rolu böyükdür. Bakı ən abad, ən gözəl parklara sahibdir və xarici turistlər də bizim parkları bütün cəhətlərinə görə çox bəyənirlər. Məlumdur ki, paytaxt Bakının, eləcə də ölkəmizin hər yerinin abadlaşdırılması, yeni istirahət parklarının salınması, tarixi irsimizin qorunması cənab Prezidentin həmişə diqqət mərkəzindədir. Xüsusilə qeyd olunmalıdır ki, yeni salınan parklarda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Əksər parklarda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.

Bu gün Azərbaycan həm bölgədə, həm də dünya miqyasında ən sabit və dinamik inkişaf edən ölkələrdən birinə çevrilib. Uğurlu inkişaf yolu keçən Azərbaycanın paytaxtı Bakı da bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bu barədə belə deyib: "Mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən, mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı, doğrudan da, dünyanın ən gözəl şəhərlərindən biridir".

Bəli, bu gün Bakıda köhnə, istismar müddəti bitmiş binalar sökülür və yerində müasir, göz oxşayan parklar, istirahət guşələri salınır. Bu görülən işlər isə, ilk növbədə şəhərimizin ekologiyasının yaxşılaşmasına verilən töhfədir. Şəhərin mərkəzində böyük yaşıllıqların salınması həm insanların istirahəti üçün, həm də Bakının havasının təmizlənməsi üçün vacibdir.

Hər kəsə məlumdur ki, yeni parkda salınmış yaşıllıqlar, piyadalar və velosipedlər üçün zolaqlar, açıq havada yaradılmış idman meydançaları həm də sakinlərimizin sağlamlığının qorunmasına hesablanıb. Təsadüfi deyildir ki, Bakı yenidən salınmış parklar, bərpa olunmuş tarixi binalar və müasir tikililərlə dünyanın ən gözəl şəhərləri sırasına daxil olub. Bakıya gələn turistlər ölkəmizdən çox gözəl təəssüratlarla geri qayıdırlar.

Daha bir vacib məqama diqqət edək. Yaşıllıq sahələrinin və açıq məkanların artırılması Bakı şəhərinin Baş Planının əsas prioritetlərindən biridir. Bu məqsədlə Bakı şəhərinin Baş Planı çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 8 m2-ə çatdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bu hədəfə nail olmaq üçün mövcud yaşıllıqların qorunması, yeni inkişaf ərazilərində tələb olunan səviyyədə açıq məkanların yaradılması, Xocahəsən gölünün ətrafında geniş parkın salınması, Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması planlaşdırılır.

Beləliklə, yaşıllaşan, öz gözəlliyi ilə ölkəmizə gələn qonaqları valeh edən Bakı, yeni 2025-ci ildə də yeni yaşıllıqlar, park və xiyabanlarla göz oxşayacaq. Çünki Bakıya gözəllik yaraşır...

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Fevral 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri