Icma.az
close
up
RU
Repetirorluq ləğv edilir Bundan sonra...

Repetirorluq ləğv edilir Bundan sonra...

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda yatılı məktəb-liseylərin sayının az olması təhsil sisteminin regional bərabərsizlik, infrastruktur xərcləri və idarəetmə modelinin xüsusiyyətləri ilə bağlı müzakirə olunan məsələlərdən biridir. Bu tip təhsil müəssisələri şagirdlərin yalnız akademik inkişafına deyil, həm də sosial mühitdə formalaşmasına, müstəqil həyat bacarıqlarının inkişafına xidmət etdiyi üçün bir çox ölkələrdə xüsusi əhəmiyyət daşıyır.

Son illərdə təmayüllü məktəblərin sayının artırılması istiqamətində atılan addımlar regionlarda yaşayan şagirdlərin keyfiyyətli və ixtisaslaşmış təhsilə çıxış imkanlarını genişləndirməyə yönəlib. Bu, xüsusilə paytaxtla regionlar arasındakı təhsil fərqinin azaldılması baxımından mühüm sosial siyasət aləti kimi qiymətləndirilir.

Azərbaycanda yatılı məktəb-liseylərin sayı niyə azdır? Təmayüllü məktəblərin sayının artması regionlarda yaşayan şagirdlərin daha fərqli formada təhsil almasına dəstək göstərə bilər. Ümumiyyətlə, bu  cür şagirdlərə motivasiya olması məqsədilə hər hansı bir məbləğdə təqaüdün ayrılması necə qarşılanar?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, Azərbaycanda ümumilikdə yatılı məktəblər yalnız xüsusi təyinatlı təhsil müəssisələri kimi fəaliyyət göstərir:

“Valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də lal-kar uşaqlar üçün nəzərdə tutulan xüsusi təyinatlı internat məktəblər mövcuddur. Ümumilikdə isə Azərbaycanda yatılı məktəblər yalnız bu tip xüsusi təyinatlı müəssisələr formasında fəaliyyət göstərir”.

Məzahir Məmmədli: Əgər uğurlu nəticə verərsə, gələcəkdə daha geniş miqyasda tətbiqi mümkün ola bilər

Onun sözlərinə görə, təmayüllü məktəblərin sayının artırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən təşəbbüslər həyata keçirilir:

“Bilirsiniz ki, həm rayonlarda, həm də Bakı şəhərində bir sıra iri məktəblərdə şagird seçimi əsasında xüsusi təyinatlı, yəni repetitorsuz qəbul modelinə yaxınlaşan sistemin tətbiqi hədəflənib. Bu məktəblərdə artıq müəyyən təmayüllər formalaşdırılacaq — humanitar, dəqiq elmlər və texniki istiqamətlər üzrə şagirdlər 7–8-ci sinifdən etibarən öz istiqamətlərini müəyyənləşdirəcəklər. Məqsəd odur ki, onlar gələcəkdə repetitor hazırlığına ehtiyac duymadan ali təhsil müəssisələrinə qəbul oluna bilsinlər”.

Ekspert əlavə edib ki, bu yanaşma repetitorluğun azaldılması istiqamətində ilkin addımlardan biridir:

“Bu layihə hazırda pilot mərhələdə tətbiq olunur. Əgər uğurlu nəticə verərsə, gələcəkdə daha geniş miqyasda tətbiqi mümkün ola bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Aprel 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri