Icma.az
close
up
RU
Bundan sonra məsuliyyət BMTnin üzərindədir

Bundan sonra məsuliyyət BMTnin üzərindədir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


İqlim dəyişiklikləri mübarizə tədbirlərinin müəllifi Birləşmiş Millətlər Təşkilatıdır. Məhz bu təşkilatın rəhbərliyi ilə hər il COP tədbirləri keçirilir. Təsadüfi deyil ki, BMT-nin baş katibi COP-29-un tədbirinin keçirildiyi günlərdə iki dəfə Bakıya səfər etdi. Azərbaycan və digər ölkələr bu tədbirlərin keçirilməsi üçün ev sahibliyi edirlər. COP29-la bağlı keçmiş ev sahibləri kimi Azərbaycanın da üzərinə iki vəzifə düşürdü. Birinci vəzifə tədbirin keçirilməsi üçün şərait yaratmaq, qonaqları qəbul etmək, nəqliyyat və digər texniki məsələri həll etmək idi. Qonaqların da etiraf etdiyi kimi Azərbaycan üzərinə düşən birinci vəzifəni yüksək səviyyədə həyata keçirdi. Azərbaycanın ev yiyəsi kimi ikinci vəzifəsi COP29-un yekun sənədini üzv dövlətlər arasında razılaşdırmaq idi. Bu son dərəcə mürəkkəb vəzifəydi. İqlim dəyişikliyi ilə mübarizə məqsədilə inkiaf etmiş dövlətlərlə kasıb dövlətlər arasında razılaşmanın əldə edilməsi üçün günlərlə gərgin müzakirələr aparıldı. Yüzdən çox dövlət arasında ümumi razılaşmanın əldə edilməsi yalnız Azərbaycanın vəzifəsi deyildi, prosesdə BMT-nin strukturları da iştirak edirdi. Həyatın qanunudur, varlı dövlətlər müxtəlif problemlərin həllinə az pul xərcləmək, kasıb dövlətlər isə əksini tələb edirlər. Bakıda aparılan fikir ayrılığı bu həyati prinsipə söykənirdi. Kasıb dövlətlər iqlim dəyişikliyi ilə mübarizəyə və onların bununla bağlı problemlərinin həllinə 1 trilyondan çox vəsait tələb edirdilər. Bu real rəqəm deyildi. Bakıda gərgin müzakirələr nəticəsində tərəflər 300 milyard dollara razılaşdılar.
Bundan sonra məsuliyyət BMT-nin üzərindədir. Beynəlxalq təşkilat böyük dövlətlər tərəfindən bu vəsaitin ayrılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə xərclənməsinə nəzarət etməlidir. Əsas problemlər bundan sonra başlayacaq. ABŞ-ın yeni Prezidenti Donald Tramp iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmayacaq, Ağ Evin yeni sahibi ümumiyyətlə bu mövzunun qondarma olduğu qənaətindədir. Əgər ABŞ Donald Trampın 4 illik prezidentlik dövründə iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə ayırmasa Avropa İttifaqı dövlətlərinin də qlobal məsələyə kifayət qədər maliyyə ayıracağı sual altında olacaq. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin COP29 tədbirinə qatılmaması, tədbirin son günlərinə yaxın Bakıya gələn Almaniyanın xarici işlər naziri Annalena Berbokun isə neft və qaz nəql edən ölkələri hədəf alan çıxışı əldə edilən razılaşmanın yerinə yetirəcəyini sual altında qoyur. Bu artıq BMT-ni düşündürməlidir.
Elxan Şahinoğlu, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri