Repetitorların sertifikasiyadan keçməsi gülməlidir Sabiq nazir
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Repetitorların da sertifikasiyadan keçməsi ilə bağlı təklif irəli sürülüb.
Sabiq təhsil naziri Misir Mərdanov Metbuat.az-a açıqlamasında sözügedən məsələyə münasibət bildirib.
O bildirib ki, hazırda Azərbaycanda repetitorluq geniş yayılıb, amma rəsmiləşməyib:
“Əvvəla, repetitorluq fəaliyyətinin əksəriyyəti qeyri-rəsmi xarakter daşıyır və onlara nəzarət mexanizmi yoxdur. Ona görə də repetitorların sertifikasiyadan keçməsi bir az gülməlidir. Mənim fikrimcə, buna dəyməz. Təbii ki, repetitorluğun geniş yayılması müsbət hal deyil. Lakin sertifikasiyanın tətbiqi üçün repetitorların rəsmi statusu müəyyənləşdirilməlidir. Məsələn, müəllim bir məktəbdə rəsmi təyin olunub və dəvət edirsən ki, filan ixtisaslı müəllimlər gəlib sertifikasiyadan keçsin. Amma repetitorlar üçün belə bir addımın atılmasına ehtiyac yoxdur”.
M.Mərdanov qeyd edib ki, təhsil keyfiyyətini yüksəltmək üçün müəllimlərin və məktəblərin nüfuzunu artırmaq, qəbul və digər imtahanları məktəblərdə verilən biliklərə uyğun etmək daha vacibdir. Əgər belə olsa, repetitorlara ehtiyac da azalacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Aprel 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















