Icma.az
close
up
RU
Repetitorların qazancı azalacaq: Əvəz edənlər tapılır

Repetitorların qazancı azalacaq: Əvəz edənlər tapılır

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Son illər süni intellekt texnologiyalarının sürətlə inkişafı bir çox sahələrdə insan əməyinin yerini almağa başlayıb. 

Artıq dünyanın müxtəlif ölkələrində müəllimləri əvəz edən tədris robotları, xidmət sahəsində çalışan ağıllı sistemlər, hətta diaqnoz qoyan süni intellekt həkimləri fəaliyyət göstərir. 

Bu, işin daha tez və dəqiq görülməsinə kömək etsə də, eyni zamanda narahatlıq da yaradır. Bəzi sahələrdə süni intellektin insanların yerini tutması bir çoxlarının işsiz qalmasına səbəb ola bilir. 

Süni intellektin tətbiqi işsizliyin çoxalmasına səbəb ola bilərmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən İT mütəxəssisi Fərid Kazımov bildirib ki, yaxın gələcəkdə bəzi peşələr demək olar ki, sıradan çıxacaq: 

“Bunun səbəbi süni intellektin çox sürətlə müxtəlif sahələrə inteqrasiya olunmasıdır. Amma bu, o demək deyil ki, insanlar işsiz qalacaq. Tarixi təcrübəyə baxsaq görürük ki, əsrlər boyu müxtəlif peşələr olub, həmin peşələr aradan çıxsa da, insanlar yeni peşələrə yönəlib. Yəni proqnozlara görə, bəzi peşələr aradan çıxacaq. Hüquq sahəsinə baxsaq, praqnozlara görə, məhkəmədə çıxış edən vəkillər qalacaq, çünki bu sahədə insan iştirakı vacibdir. 

Lakin vəkillərə kömək edən proseslərdə artıq süni intellektdən istifadə oluna bilər. Qlobal təcrübədə vəkillər iki cür olur: biri işi hazırlayır, digəri məhkəmədə çıxış edir. Burada isə işi hazırlayan süni intellekt olacaq, çıxış edən isə insan vəkil. Yəni müəyyən inteqrasiyalar artıq qaçılmazdır”. 

Onun sözlərinə görə, süni intellektin peşələrə təsiri artıq hiss olunur: 

“Təhsil sahəsində çoxlu müəllimlər var, burada insan ünsiyyəti vacibdir. Lakin yaxın bir neçə ildə süni intellekt müəllimlərin fəaliyyətinə kömək edəcək. Artıq e-learning platformaları və süni intellekt əsasında müəllim asistenti sistemləri formalaşır və bu müəyyən mənada tədrisi dəstəkləyir. 

Bu isə müəllim peşəsinin dairəsinin daralmasına gətirib çıxara bilər. Ali məktəbə hazırlıq prosesində süni intellekt fərdi tədris imkanı verə bilir,  müəllimin edə bilmədiyi çevikliyi təmin edir. Yeni nəsil gənclər rəqəmsal alətlərə üstünlük verdiyindən, onlara kompüter texnologiyaları üzrə bilik əldə etmək daha məqsədəuyğun hesab ediləcək.

Müxtəlif tendensiyalar baş verəcək və zamanla bunu görəcəyik. Dünyanın bir sıra yerlərində aparılan testlər göstərir ki, insanlara müəyyən məbləğdə zəmanətli gəlir verilir, bu isə onların yaşayışını təmin edir və artıq gəlir əldə etmək məcburiyyəti azalır. Gələcəkdə dövlətlər görəcək ki, bəzi insanlar işsiz qalacaq. 

İlk olaraq bunu Qərb ölkələrində görəcəyik, sonra digər ölkələrə də gələcək. İnsanlara minimal gəlir verilə bilər ki, yaşayışlarını təmin edə bilsinlər. İnsan necə peşəni öyrənib görür ki, bu ixtisası işləyib pul qazana bilər, ona görə ixtisası öyrənir. 

Əgər belə yanaşma varsa, insan görəcək ki, yaxın 10 il ərzində hansı peşələr olmayacaq və hansı peşəyə tələbat azalıb, tam rəqəmsallaşacaq. İnsanlar bu məlumatlardan istifadə edərək fəaliyyətlərini düzgün qura bilərlər”. Ekspert qeyd edib ki, insanlar çevik və bütün dəyişikliklərə hazır olmalıdır: 

“Hansı peşələrin ixtisarının, eyni zamanda yeni peşələrin yaranmasının da planlaşdırıldığını nəzərə alsaq, insanlar məlumatlı olmalıdırlar. Məsələn, 20 yaşlı biri 45 illik karyerasını planlayarkən, hansı sahələrin rəqəmsallaşacağını nəzərə almalıdır. Əvvəllər insanlar bir peşəni öyrənir və ömrü boyu həmin sahədə çalışırdılar, amma indi reallıq fərqlidir. 

Peşələr barədə məlumatlandırma çox önəmlidir və bu proses mütəmadi aparılmalıdır. İnsanlara başa salmaq lazımdır ki, yaxın müddətdə hansı peşələr rəqəmsallaşacaq. Mütəmadi mətbuat vasitəsilə bu məlumatlar verilməlidir. Bəzən müəyyən peşələrə tələbat artır, məsələn, əvvəllər İT ixtisasına tələbat yox idi, amma texnologiyalar inkişaf etdikcə, bu sahəyə maraq artdı. Həyat və tendensiyalar dəyişir, buna görə də fəaliyyətimizi buna uyğun qurmağı bacarmalıyıq”. 

Gülər 
“Cebheinfo.az”

Açar sözlər: Repetitorlar Fərid Kazımov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see704

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see338

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see337

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see308

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see294

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see292

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see274

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see270

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see266

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see258

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see249

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see249

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see228

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see225

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see213

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see212

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see208

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see208

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri