Icma.az
close
up
RU
“Repetitorsuz məktəb modeli hazırlanmalıdır” SABİQ DEPUTAT

“Repetitorsuz məktəb modeli hazırlanmalıdır” SABİQ DEPUTAT

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ötən gün Elm repetitor və Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazirin danışığından belə anlaşılır ki, o repetitor dairəsini daraltmaq niyyətində deyil”.

Bu sözləri  Gununsesi.info -ya açıqlamasında sabiq deputat Etibar Əliyev bildirib:

“Əksinə, görünür ki, o repetitorluğun genişlənməsinin tərəfdarıdır. Bu, həm böyük maliyyə vəsaiti yaradır, həm də direktorlar həmin vəsaiti müəyyən formada əldə edir və nazirlik tərəfə də müəyyən vəsait daxil olur.

Maraqlı bir ifadə isə belədir: nazir qeyd edib ki, əgər uşaq repetitor yanına getmirsə, məktəbə gəlməlidir. Bu, çox yanlış bir yanaşmadır. Belə düşünmək olmaz ki, uşaqlar məktəbə yalnız repetitora getdikləri üçün gəlməlidirlər. Ola bilər ki, uşaqlar məktəbdə də fizika və ya riyaziyyatı yaxşı dərk etmirlər. Onları həftənin 6-cı günü və ya bazar günü repetitor yanına göndərmək mümkündür.

Ancaq “repetitor yanına gəlmirsə, məktəbə gəlməlidir” fikri düzgün deyil və uşaqların təhsil prosesinə yanaşmada yanlışlıqdır.

Repetitorluğa “kölgə təhsili” deyilir. Kölgə təhsili çox böyük gəlir gətirir və dünyanın heç bir yerində bizdəki qədər repetitor təhsili tələbə qəbulu prosesinə yönəlməyib”.

Sabiq deputat əlavə edib ki, cəmiyyətdə vəziyyət elədir ki, şagirdlər repetitor yanına getməsələr, ali məktəblərə qəbul olunmaq imkanları olmayacaq:

“Burada əsas məsələ uşaqları məktəbə qaytarmaqdır. Məktəb direktorlarının qarşısına qoyulan tələblərdən biri də məktəbdə davamiyyətin təmin edilməsidir. Bu, ilk baxışda ağır proses kimi görünə bilər, amma bir müddətdən sonra şagirdlər buna alışacaqlar.

Konkret olaraq tələb qoyulmalıdır ki, şagirdlərin 90%-i dərsə davamiyyət göstərsin. Təəssüf ki, bu, çətin məsələdir. Test tapşırıqları ilə təhsilin əsas vəzifələrindən biri vətəndaşı hazırlamaqdır, lakin bizim gözlədiyimiz tənqidi təfəkkürlü vətəndaşı hazırlamaq hazırkı sistemlə mümkün olmur.

Müxtəlif dərsliklər müzakirə edilir, amma uşaqların əksəriyyətinin əllərində dərslik yoxdur, yalnız test kitapçaları mövcuddur. Dünya təcrübəsinə istinadən belə dərsliklər yazılmalıdır ki, uşaqlar birbaşa test tapşırıqlarına yönəlməsinlər. Lakin o cür dərsliklərin hazırlanması da ciddi problemdir.

Məsələn, Sovet dövründə orta məktəb dərsliklərinin əksəriyyəti tərcümə dərslikləri idi. Ən yaxşı dərsliklər tərcümə olunaraq şagirdlərin istifadəsinə verilirdi. Hazırkı dərsliklər isə həm tərcümə edilir, həm də başa düşülən şəkildə təqdim olunmur, müəllifin öz üslubu ilə ortaya çıxır. Halbuki, türk dilində çox gözəl dərsliklər mövcuddur. Biz, şagird və tələbə vaxtımızda da ən yaxşı dərslikləri bilirdik. Bu səbəbdən keçid balları aşağı salına bilər”.

Etibar Əliyev deyib ki, repetitorsuz məktəb modeli hazırlanmalıdır:

“DİN rəhbərliyi isə sualları çətinləşdirməmək şərti ilə bu prosesi dəstəkləyə bilər. Beləliklə, qəbul balları aşağı düşsə belə, repetitor yanına getmədən təhsil alan uşaqlardan fərqli, tənqidi təfəkkürlü uşaqlar formalaşacaq”-deyə o əlavə edib.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Sentyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri