Icma.az
close
up
RU
Repressiya qurbanının oğlu hökumətdən təzminat istəyir

Repressiya qurbanının oğlu hökumətdən təzminat istəyir

Icma.az, Axar.az saytına istinadən bildirir.

1937-ci ildə siyasi repressiya qurbanlarından olmuş Cabbar Fərəcovun oğlu Mahmud Fərəciyev (Makhmud Faradzhiev) Azərbaycan hökumətindən ailəsinə dəymiş maddi və mənəvi zərərə görə bir milyon manat kompensasiya ödənilməsini tələb edir. O bu tələblə məhkəmədə iddia qaldırıb.

Axar.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, 1876-cı il doğumlu C.Fərəcov 1937-ci ildə "antisovet fəaliyyətinə görə" həbs olunub, ardından 35 yaşlı həyat yoldaşı Şükufə və 4 yaşlı oğlu Sadıxla birlikdə Qazaxıstanın Cambul vilayətinə sürgün edilib.

Ailə sürgünədək Zəngilan rayonunun Qıraq Müşlan kəndində yaşasa da, C.Fərəcovun başına gələnlərdən sonra ev və əşyaları aktlaşdırılaraq müsadirə olunub.

M.Fərəciyev 1952-ci ildə Qazaxıstanda doğulub.

Üstündən uzun illər keçəndən sonra - 1989-cu ildə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin rəyi ilə C.Fərəcov və ailəsinin sürgün olunmasıyla bağlı qərar qanunazidd sayılaraq ləğv edilib. Bu rəy əsasında C.Fərəcov və ailə üzvləri, o cümlədən məhkəmədə iddiaçı olan M.Fərəciyev də sürgündə doğulduğundan "siyasi repressiya qurbanı" kimi tanınıb.

74 yaşlı Fərəciyev siyasi repressiyalar üzündən ailəsinin itirdiyi mülki və əmlak hüquqlarının bərpasıyla, ailəsinin tarixi vətəni olan Azərbaycana qayıtmaq və burada yaşamaqdan ötrü ölkənin vətəndaşlığını da almaq istəyir.

"Qanunsuz siyasi repressiyalar nəticəsində mən doğulandan hüquq və azadlıqlarım məhdudlaşıb. Doğma vətənimdə yaşamaqdan məhrum olmuşam", - o, ərizəsində belə yazıb.

Fərəciyev 1996-cı ildə Azərbaycanda qəbul edilmiş "Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında" qanuna əsaslanıb. Həmin qanuna görə, sürgün yerlərində doğulan uşaqlar reabilitasiya edilmiş şəxs və ya repressiyalardan zərərçəkmiş sayılır.

Məhkəməyə müraciətdə dövlətin maliyyə öhdəliklərinə, maliyyə siyasətinə nəzarət edən Maliyyə Nazirliyi cavabdeh göstərilib. Di gəl, Maliyyə Nazirliyinin nümayəndəsi M.Fərəciyevin iddiasına etiraz təqdim edib. Etirazda göstərilib ki, onun istinad etdiyi qanunun 9-cu maddəsində bəraət almış şəxslərin hüquqlarının bərpası ilə bağlı müddəa yer alsa da, bununla əlaqədar kompensasiya və ya dövlət büdcəsinin üzərinə öhdəlik qoyulması müşahidə olunmayıb.

"İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə yol verilməyib. Onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyil", - nazirliyin etirazında vurğulanıb.

Nəsimi rayon Məhkəməsi bugünlərdə M.Fərəciyevin iddiasını rədd edib. Hakim qərarını əsaslandırarkən vurğulayıb ki, "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" qanunla Azərbaycan keçmişdə baş vermiş repressiyaları hüquqazidd hesab edib, zərərçəkmişlərin hüquqi statusunun bərpası - bəraəti təmin olunub. Lakin dövlət pozuntulara görə ümumi və avtomatik maddi kompensasiya öhdəliyi götürməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 May 2026 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri