Icma.az
close
up
RU
İrəvanda repressiya dalğası

İrəvanda repressiya dalğası

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Baş nazir Nikol Paşinyan rəqibləri ilə mübarizəni sərtləşdirir

Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı kampaniya dövründə siyasi rəqiblərinə ünvanladığı hədələri həyata keçirməyə başlayıb. Başlasın, amma məsələ adi qarşılana bilməz. Nəyə görə, bu barədə sonda söz açacağıq.

Deməli, dünən səhər saatlarından etibarən erməni hüquq-mühafizə orqanları “Çiçəklənən Ermənistan” partiyasının sədri, iş adamı Qagik Sarukyanın evində, eləcə də ona məxsus bütün müəssisə və obyektlərdə, o cümlədən, idman kompleksləri və hotellərdə axtarışlar aparıblar. 12 saat davam edən axtarışlardan sonra Sarukyan saxlanılaraq Ermənistan İstintaq Komitəsinə aparılıb. Ona Ermənistan–İran ticarət əlaqələrinin inkişafı adı altında 21 milyon dolların dələduzluq yolu ilə mənimsənilməsi və çirkli pulların yuyulması ittihamı irəli sürülür.

Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyası Sarukyanın “Multi Group” konserninə daxil olan onlarla şirkətin fəaliyyətini dayandırdığını və təxminən 7 min əməkdaşın məcburi məzuniyyətə göndərildiyini bəyan edib. Bu fakt onu göstərir ki, Rusiyaya yaxınlığı ilə seçilən qüvvələr Ermənistanın həyatında oturuşmuş mövqeyə malikdirlər. Hər halda, 7 min nəfərin birdən-birə işini itirmək riski ilə üzləşməsi adi sayıla bilməz. Həmin şəxslərin, düşdükləri duruma görə, istər-istəməz, hakimiyyəti, xüsusən, baş naziri günahkar görmələri mümkündür. Bu isə narazı kütlə deməkdir.

Digər tərəfdən, Ermənistanda ən böyük sement istehsalçılarından olan “Araratsement” zavodu da Sarukyana məxsusdur və bu müəssisədəki fəaliyyət axtarışlar səbəbindən iflic vəziyyətinə düşüb. Zavod iflic duruma düşürsə, istehsal sıradan çıxır ki, bunun da yenə orada çalışan sadə vətəndaşların güzəranına mənfi təsir göstərəcəyi aydındır. Habelə, erməni hüquq-mühafizə orqanlarının əməkdaşları iş adamının “Olimpavan” idman mərkəzində təlim-məşq toplanışında iştirak edən xarici idmançıları hotellərdəki otaqlardan çıxarıblar...

Onu da bildirək ki, Sarukyana qarşı cinayət işinə Ermənistan Konstitusiya Məhkəməsinin müxalifətin seçkilərin nəticələrinin ləğvi ilə bağlı iddialarını rədd etməsindən dərhal sonra hüquqi gediş verilib. İş adamına məxsus obyektlərdə axtarışların miqyası isə kifayət qədər genişdir. Ən maraqlısı, Sarukyanın malikanəsində saxlanılan şirlərin yuxuya verilərək, İrəvan zooparkına aparılmasıdır. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Söhbət cəmiyyətdə geniş rezonans doğurmuş görüntülərdən gedir.

Maraqlıdır ki, üzərinə hakimiyyət tərəfindən hücum edilənlərdən biri də Ermənistanın üçüncü prezidenti Serj Sarkisyandır. Dünən onunla bağlı qanunsuz mənşəli əmlakın müsadirəsi işi üzrə mühüm məhkəmə qərarı çıxarılıb. Belə ki, Ermənistan Antikorrupsiya Məhkəməsi Baş Prokurorluğun iddiasını qismən təmin edib. Məhkəmə qərarına əsasən S.Sarkisyandan dövlətin xeyrinə, təxminən, 630 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) məbləğində vəsait, bank depozitləri üzrə hesablanmış faizlər, İrəvanın Teryan küçəsində yerləşən mənzilin 38 faizi, habelə, bir avtodayanacaq yeri tam həcmdə və daha bir dayanacaq yerinin 38 faizi müsadirə olunacaq.

Yeri gəlmişkən, əvvəllər də bu iş üzrə Sarkisyanın qohumlarına aid bəzi aktivlərin müsadirəsi ilə bağlı ayrıca məhkəmə qərarları verilmişdi. Son qərar isə birbaşa üçüncü prezident və onunla əlaqəli şəxslərin əmlaklarına aiddir. Qeyd edək ki, məsələ hələ apellyasiya prosedurlarından keçə bilər və onun yekun hüquqi qüvvəyə minməsi Ermənistan qanunvericiliyində nəzərdə tutulan məhkəmə mərhələlərinin tamamlanmasından asılıdır.

Maraqlı məqam budur ki, Q.Sarukyandan fərqli olaraq, S.Sarkisyan 7 iyun parlament seçkilərinə qatılmamış, kölgədə dayanmışdı. Görünür, o seçkidən sonra hansı proseslərin baş verəcəyini duymuşdu. Heç şübhəsiz, təqib dalğası 7 iyun seçkilərində cənfəşanlıq edən ikinci prezident Robert Koçaryanı da tutacaq. Məlumdur ki, o, prosesdə “Ermənistan” blokunun rəhbəri kimi iştirak etmiş, Paşinyan əleyhinə təhqiramiz fikirlər söyləmişdi.

Onu da bildirək ki, Q.Sarukyan kimi, R.Koçaryanın da seçkisonrası ölkəni tərk etməsinə imkan verilmir. Yəqin, Nikol onlar üçün, belə demək mümkünsə, məşəl ssenarisini çoxdan planlaşdırıb. Yeri gəlmişkən, parlament seçkilərində iştirak etmiş iş adamı, “Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyan ev dustaqlığındadır. O Karapetyan ki, Sarukyan və Koçaryan kimi Rusiyaya bağlı olduğu məlumdur. Rusiyaya bağlılıqdan söz düşmüşkən, “Güclü Ermənistan” bloku daxilində gedən söz-söhbətlərə görə, S.Karapetyanın adının Rusiya ilə assosiasiyalı şəkildə çəkilməsi, bu siyasi qruplaşmanı seçkidə zəif duruma salıb. Mövcud xüsusda Prezident Vladimir Putinin Paşinyanla Moskvadakı görüşü üzərində dayanılır. Qeyd edək ki, həmin görüşdə Putin, əslində, bütün etiket qaydalarını aşırmış kimi dillənərək, Nikoldan Ermənistandakı ruspərəstlərə seçkidə normal şərait yaratmağı xahiş etmişdi. Paşinyan isə cavab olaraq amiranə tərzdə bildirmişdi ki, başqa ölkənin pasportunu daşıyan heç bir şəxs seçkidə iştirak edə bilməz, çünki, bu, Ermənistan qanunvericiliyinə ziddir. “Güclü Ermənistan” blokunda isə bildirilir ki, məhz bu dialoqdan sonra S.Karapetyanın adının Rusiya ilə əlaqələndirilməsi faizi 13 faizdən 55 faizə qalxıb ki, blokun əleyhinə işləyən də məhz belə bir durum olub.

Sonda əvvəldə səsləndirdiyimiz məqama qayıdaq. Bildirdik ki, Paşinyan seçkidən əvvəl siyasi rəqiblərinə ünvanladığı hədələri həyata keçirməyə başlayıb. Bu, ona görə adi qarşılana bilməz ki, kənardan Ermənistanda yaşananlar repressiya təsiri bağışlamaqdadır. Əlbəttə, repressiya ölkədəki anti-sülh tərəfdarlarına qarşı həyata keçirilməkdədir və bu, prinsip etibarilə məqbul qarşılana bilər. Çünki Cənubi Qafqazda barış mühitinin qərarlaşmasına qarşı çıxan bütün qüvvələr sıradan çıxarılmalıdır. Bunun yolu isə seçkidir. Paşinyan özü də seçkidən əvvəl prosesin nəticələrinin keçmişin qalıqlarını ölkənin siyasi həyatından siləcəyini bildirmişdi. Lakin o və rəhbərlik etdiyi düşərgə buna müvəffəq olmadı, əvəzində revanşistlərin və şovinistlərin müəyyən qisminin mandat qazandıqlarını gördük. Paşinyanın və komandasının həmin revanşist və şovinistlərin seçkilərdə elektoratı pulla ələ almaq istiqamətindəki təbliğatı və bu təbliğata uyğun həyata keçirdikləri fəaliyyət də nəticələrdə hansısa nəzərəçarpacaq dəyişiklik yaratmadı. Deməli, problemi repressiv yolla həll etmək lazımdır? Görəsən, Qərbdə buna nə ad veriləcək? Suallarımız ritorikdir. Çünki Qərb Paşinyan iqtidarının “mövcudiyyət metodlarına” göz yumur.

Ə.RÜSTƏMOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri