Reqatada qızıl medal qazanan avarçəkən: Ötən illə müqayisədə bu dəfə daha yaxşı çıxış etdim
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Mingəçevir, 2 may, AZƏRTAC
Reqata çox gərgin mübarizə şəraitində keçdi. Bu səbəbdən son dərəcə soyuqqanlı şəkildə öz performansımızı göstərdik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən "Prezident Kuboku-2024" reqatasında qızıl medal qazanan Azərbaycan avarçəkəni Əlimurad Hacızadə deyib.
Birnəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizədə fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı çıxışından razı qaldığını söyləyib: “Yarış ərzində əlimdən gələni etdim. Rəqiblərim hər il qarşılaşdığım idmançılar idi. Lakin buna baxmayaraq, bu dəfə özümü daha yaxşı tərəfdən göstərdim. Ötən illə müqayisədə daha yaxşı çıxış edərək, öz bacarığımı nümayiş etdirdim”.
O, növbəti hədəflərindən də söhbət açıb: “Qarşıda bizi Slovakiya və Çexiya reqatası, MDB Oyunları gözləyir. Bu yarışlarada yüksək səviyyədə hazırlaşamaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Azərbaycan avarçəkənləri turniri 15 medalla başa vurublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















