Rəqəmsal iqtisadiyyat Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaracaq RƏY
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2 tədbir və 8 əsas təşəbbüs
Rəqəmsal İqtisadiyyat Strategiyası yalnız kağız üzərində qalmamalıdır, icrası vacibdir
Prezident İlham Əliyev "Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməli, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə dövlət başçısına məlumat verməli, icrası davam etməkdə olan konsepsiya, strategiya, dövlət proqramı, milli fəaliyyət planı və bu kimi digər sənədlərin Strategiya ilə əlaqələndirilməsi istiqamətində zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Strategiyada nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsi layihəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görməlidir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sherg.az-a açıqlamasında Rəqəmsal İqtisadiyyat Strategiyasının konkret icra mexanizmləri olan iqtisadi yol xəritəsi olduğunu bildirib. Onun sözlərinə görə, uzun müddət müzakirə edilən və nəhayət qəbul olunan Rəqəmsal İqtisadiyyat Strategiya dövlətin rəqəmsal texnologiyaları və internet əsasında iqtisadiyyatı inkişaf etdirmək üçün hazırladığı plan və sənəddir. Yəni dövlət bunu qəbul edərək, hansı sahələrdə rəqəmsallaşmaya önəm verəcəyini və hansı addımlar atılacağını göstərir:

“Strategiyada təxminən 52 tədbir, o cümlədən 8 əsas tədbir nəzərdə tutulur ki, bunların böyük hissəsi proqramların qəbulu, yeni mərkəzlərin yaradılması, platforma və mexanizmlərin formalaşdırılması kimi real və həm də diqqət cəlb edən odur ki, ölçülə bilən, konkret rəqəmlər qeyd olunan tədbirlərdən ibarətdir.Startapların, startap ekosistemin inkişafına xeyli yer ayrılıb, konkret tədbirlər nəzərdə tutulub. Sənəddə Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı, Yeni Nəsil Texnologiyalar Mərkəzinin yaradılması, startaplar üçün "sandbox" mexanizmləri, data əsaslı qərarvermə sistemləri, rəqəmsal bacarıqlar və KOB-ların transformasiyası üzrə konkret addımlar yer alır. Bu yanaşma göstərir ki, rəqəmsallaşma artıq ayrı-ayrı İT layihələri deyil, birbaşa məhsuldarlıq, ixrac və əlavə dəyər yaradan iqtisadi proses kimi nəzərdən keçirilir. Bu strategiyanın əsas üstünlüklərindən biri də odur ki, dövlət burada yalnız tənzimləyici rolunda çıxış etmir, özəl sektor, startaplar və real iqtisadiyyat üçün bazar formalaşdıran aktora çevrilir. Rəqəmsal həllərin tətbiqi biznes üçün real stimullarla - maliyyə, platforma və infrastruktur dəstəyi ilə müşayiət olunur”.
O.Gündüz qeyd edib ki, bir müddət öncə təsdiqlənən, əslində, çox dar çərçivədə hazırlanan Süni İntellekt Strategiyası əsasən texnologiyanın özü, data, modellər, etik və institusional çərçivə üzərində qurulub və istiqamətverici xarakter daşıyırdısa, daha geniş və əhatəli olan Rəqəmsal İqtisadiyyat Strategiyası süni intellekti məqsəd yox, vasitə kimi qəbul edib:
“Hansı ki bunları da yuxarıda qeyd etdiyim 52 tədbir çərçivəsində iqtisadiyyatın real sektorlarına tətbiq etməyi hədəfləyir. Bu strategiyada əsas yük və cavabdehlik İqtisadiyyat Nazirliyinin üzərindədir – 52 təşəbbüsün böyük hissəsi və 8 əsas təşəbbüs birbaşa bu qurumun icrasına bağlıdır. Digər əsas icraçılar isə RİNN və ETN-dir. Eyni zamanda təxminən 15 mərkəzi icra qurumu da bu prosesdə iştirak edəcək. Əsas məsələ indi bu 52 tədbirin və 8 əsas təşəbbüsün formal yox, real icra olunmasıdır. Qənaətim budur ki, sənəddə nəzərdə tutulanlar maraqlı tərəfləri cəlb etməklə düzgün icra edilərsə, normal koordinasiya olarsa, hesabatlılıq və şəffaflıq təmin olunarsa, rəqəmsallaşma ölkə iqtisadiyyatında xeyli dərəcədə hiss olunan nəticələr verə biləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 17 Dekabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















