Icma.az
close
up
RU
Rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılır

Rəqəmsal iqtisadiyyat ekosistemi formalaşdırılır

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda enerji sektorunda süni intellektin tətbiqi ilə bağlı ilk sistemli konsept hazırlanıb. “Enerjidə süni intellekt həlləri” adlı sənəddə Azərbaycanda enerji sahəsində mövcud vəziyyət və əsas çağırışlar təhlil olunub, 40 qlobal həll konsepti əsasında mümkün tətbiq istiqamətləri müəyyənləşdirilib: “Sənəd enerji istehsalı, ötürülməsi və idarə olunmasında səmərəliliyin artırılması, itkilərin azaldılması və qərarvermə proseslərinin optimallaşdırılması baxımından süni intellekt alətlərinin potensialını qiymətləndirir. İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərovun sözlərinə görə, təşəbbüs beynəlxalq təcrübə əsasında hazırlanıb və Azərbaycanın enerji sektorunda rəqəmsal transformasiyanın dərinləşdirilməsinə xidmət edəcək.

Süni intellekt vasitəsilə 70 milyon manat məhsul istehsalı planlaşdırılır

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru bildirib ki, rəqəmsal iqtisadiyyatın inkişafına dair strategiya 2026-2029-cu illəri əhatə edir və sənəd çərçivəsində 3 məqsəd, 9 prioritet istiqamət və 50 təşəbbüs müəyyənləşdirilib. Təşəbbüslər biznes, cəmiyyət və dövlət istiqamətləri üzrə bölüşdürülüb. Ümumilikdə təşəbbüslərin 26-sı biznes, 15-i cəmiyyət, 9-u isə dövlət üzrə nəzərdə tutulub. Əsas hədəf rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması, mövcud bizneslərin rəqəmsallaşmasının sürətləndirilməsi və yeni rəqəmsal biznes modelləri vasitəsilə əlavə dəyərin yaradılmasıdır.

F.Cəfərov qeyd edib ki, strategiyanın icrası nəticəsində yüzlərlə müəssisənin rəqəmsal transformasiya proqramlarına cəlb olunması, yeni startapların yaradılması və İKT üzrə yüksək ixtisaslı mütəxəssislərin payının artırılması nəzərdə tutulur. Strategiyanın icrası nəticəsində 300 müəssisənin rəqəmsal transformasiya proqramlarında iştirakı, 250 yeni startapın yaradılması, 200 KOB-un rəqəmsal bazarlara çıxışı və 40 min vətəndaşın təlimlərə cəlb olunması nəzərdə tutulur. Generativ süni intellekt əsaslı həllər vasitəsilə 70 milyon manat dəyərin yaradılması planlaşdırılır.

Bu prosesin tətbiqi üçün artıq dövlət qurumlarında da zəruri infrastrukturlar qurulmaqdadır. Kənd təsərrüfatı sahəsində rəqəmsal transformasiyanın sürətləndirilməsi, məlumat əsaslı qərarvermə mexanizmlərinin təkmilləşdirilməsi və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi əsas vəzifələrdən  biri kimi müəyyənləşib, bu sahədə süni zəka texnologiyalarının tətbiqi genişləndiriləcək.

Maliyyə Nazirliyi də süni intellektin tətbiqinə hazırlaşır. Nazirliyin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov bildirib ki, “Data warehouse”un formalaşması ilə bağlı iş aparılır ki, məqsəd süni intellektin istifadə olunmasının əsas mahiyyəti olan datanı qurmaqdır. Bu istiqamətdə atılan addımlar sayəsində həmin infrastrukturun qurulması mümkün olacaq. Həmçinin, Hesablama Palatasında isə hesab edirlər ki, süni intellektin köməyi ilə audit fəaliyyətində böyük həcmdə məlumatların avtomatik toplanmasını və təhlil sayəsində auditorların işini daha sürətli və dəqiq olmasını təmin etmək mümkündür.

Ümumilikdə, mövcud yanaşmaların məqsədi dövlət qurumlarında xərcləri azaltmaq, iş prosesini sürətləndirməyə və daha obyektiv nəticələr əldə etməyə çatmaqdır.

Dünya Bankının Azərbaycan üçün hazırladığı rəqəmsal Yol Xəritəsi

Azərbaycanın rəqəmsal inkişaf strategiyasının həyata keçirilməsində beynəlxalq institutlarla əməkdaşlıq da əsas məqsədlərdən biridir. Bu istiqamətdə Dünya Bankı (DB) ilə tərəfdaşlıq çərçivəsi sənədinin hazırlanması planlaşdırılır. DB-nin hazırladığı “Azərbaycan üçün rəqəmsal bacarıqların inkişafı üzrə Yol Xəritəsi” rəqəmsal potensialın gücləndirilməsi və sürətlə inkişaf edən rəqəmsal cəmiyyətdə vətəndaşların tamhüquqlu iştirakının təmin edilməsi üçün strateji əsasları formalaşdırır. Sənəddə dövlət və özəl rəqəmsal xidmətlərə çıxış, əmək bazarında uğurlu fəaliyyət və ölkənin inklüziv rəqəmsal transformasiyasında iştirak üçün zəruri olan səriştələrin əhalidə formalaşdırılmasına yönəlmiş sistemli siyasət tədbirləri də nəzərə alınıb. Dünya Bankının təhlillərinə görə, ortamüddətli dövrdə əhalinin 65 faizi baza rəqəmsal bacarıqlara malik olmalıdır. Həmin göstəricinin və onun əldə edilməsi üçün rəqəmsal arxitektura mühüm rol oynaya bilər.

Dünya Bankının qiymətləndirməsinə görə, Azərbaycanın yetkin əhalisinin təxminən üçdə biri işçi qüvvəsindən və təhsil sistemindən kənardadır. Bu kateqoriya üçün rəqəmsal bacarıqların inkişafı sosial inklüzivlik və imkanların genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bank onlayn təhlükəsizlik, rəqəmsal alətlərdən istifadə etməklə praktiki məsələlərin həlli və rəqəmsal məzmunun yaradılması daxil olmaqla, əsas istifadəçi ssenarilərinə diqqət yetirməyi təklif edir. Onlayn təhlükəsizliyə xüsusi vurğu edilir, çünki 16-74 yaş arası vətəndaşların yarısından çoxu rəqəmsal mühitdə qorunma üzrə baza tədbirləri görməmişdir. Prioritetlər sırasında həmçinin məlumatın tənqidi qiymətləndirilməsi bacarıqları, dezinformasiya və dipfeyklərin tanınması, sosial şəbəkələrdən təhlükəsiz istifadə, onlayn ödənişlər və bank əməliyyatları, mətnlərin yaradılması üçün generativ süni intellektin tətbiqi yer alır. Səhiyyə, subsidiyalar, rəqəmsal kənd təsərrüfatı alətləri və onlayn bazarlar daxil olmaqla, elektron dövlət xidmətlərinin genişləndirilməsi rəqəmsal bacarıqların inkişafına olan marağı əlavə olaraq stimullaşdıra bilər. Dünya Bankı boşluqları üzə çıxarmağa və təlim ehtiyaclarını müəyyən etməyə kömək edəcək pulsuz özünüqiymətləndirmə alətlərinin tətbiqini, həmçinin vətəndaşların motivasiyasını artırmaq üçün onları müvafiq hazırlıq proqramları ilə əlaqələndirməyi tövsiyə edir.

Yol xəritəsinin icrasında əlaqələndirici rolu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumlarını, biznesi və vətəndaş cəmiyyətini birləşdirərək öz üzərinə götürə bilər. Yüksək səviyyəli əlaqələndirmə mexanizminin yaradılması, illik tərəqqi hesabatlarının dərci, ITU metodologiyası üzrə hər 1-2 ildən bir monitorinqin aparılması və Süni İntellektdən istifadə bacarıqları, onlayn təhlükəsizlik və həssas qrupların rəqəmsal inklüzivliyi daxil olmaqla, əlavə indikatorların işlənib hazırlanması tövsiyə olunur.

ABŞ və İsrailin rəqəmsal tərəfdaşlıq planları

Azərbaycan süni intellekt, robot texnologiyaları, rəqəmsal arxitektura quruculuğunda qlobal miqyaslı xarici şirkətlərlə əməkdaşlığı da artırmaq niyyətindədir. ABŞ-la bir müddət əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyasında öz əksini tapan mühüm bəndlərdən biri süni intellekt, rəqəmsal infrastruktur və kosmik sənaye sahəsində layihələrin təşviqini nəzərdə tutur. Həmçinin Tədqiqat və İnkişaf (R&D) platformaları, innovasiya körpü proqramları və kibertəhlükəsizlik təşəbbüsləri həyata keçiriləcək. Bu əməkdaşlıq çərçivəsində ölkəmizdə texnoloji istedadların inkişafı və transsərhəd rəqəmsal bağlantıların gücləndirilməsi dəstəklənəcək.

İsrail və Azərbaycan arasında bir neçə gün əvvəl süni intellekt sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən, kibertəhlükəsizlik, rəqəmsallaşma və kosmik sahədə qarşılıqlı proqramların icrası planlaşdırılır. Eləcə də, Azərbaycan və Böyük Britaniyanın bp şirkəti süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılığa gəlib.

Əməkdaşlıq planına əsasən, insan kapitalının inkişafı və logistika proseslərində “AZCON Holding”lə birgə süni zəka layihələrinin icrası təmin olunacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:363
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see245

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see241

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see241

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see203

Fermerlərə ŞAD XƏBƏR Bu xərclər dövlət hesabına qarşılanacaq

25 İyun 2026 10:01see194

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see184

Dünya bazarlarında WTI neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun 2026 08:44see169

İraq OPEC dən kvotasının artırılmasını tələb edir, əks halda təşkilatdan çıxa bilər

25 İyun 2026 12:25see167

DİM iyulun 5 də imtahan keçirəcək

25 İyun 2026 12:27see166

Murad Arifdən duyğulu etiraf: “Onun ilə birlikdə ağladım”

25 İyun 2026 12:26see166

100 yaşlı superfanat DÇ 2026 nın əsas ulduzuna çevrildi: Messi, mənimlə evlənərsən? VİDEO

25 İyun 2026 08:35see165

Həkimdən SOS: Bir qurtum su həyatınız üçün təhlükəli ola bilər

25 İyun 2026 12:26see165

AMEA nın Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

25 İyun 2026 12:27see165

Kreml Duma deputatlarının köməyi ilə səfərbərlik hazırlayır

25 İyun 2026 11:34see163

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see163

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see162

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see162

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see160

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see154

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri