Icma.az
close
up
RU
Rəqəmsal mühitdə gözlənilməz risklər Panel sessiya

Rəqəmsal mühitdə gözlənilməz risklər Panel sessiya

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 may, AZƏRTAC

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum müzakirələrlə davam edir.

AZƏRTAC xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərovanın moderatorluğu ilə keçirilən panel sessiyada “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova erkən yaşlardan etibarən rəqəmsal təhlükəsizliyə diqqətin günümüzdə ən aktual məsələlərdən biri olduğuna diqqət çəkib. Onun sözlərinə görə, dərsliklərin məzmununa rəqəmsal təhlükəsizlik və savadlılıqla bağlı komponentlər daxil edilib və bu istiqamət təhsilin ayrılmaz hissəsinə çevrilib. Uzun müddətdir ki, rəqəmsal savadlılığın artırılması məqsədilə genişmiqyaslı layihələrin həyata keçirildiyini deyən sektor müdiri hazırda məktəblərin 90 faizdən çoxunum internetlə təmin olunduğunu və uşaqların zərərli informasiyadan qorunması üçün müvafiq filtr mexanizmlər tətbiq edildiyini bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov qeyd edib ki, Azərbaycanda 11 dövlət qurumu uşaq hüquqlarının müdafiəsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Bu məqsədlə təhlükəsizlik mexanizmləri müxtəlif səviyyələr üzrə qurulur və bəzi risklərin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq zəruri hesab olunur. Şöbə müdiri diqqətə çatdırıb ki, artıq bir neçə ildir uşaqlar üçün hakatonlar keçirilir, “Cyber Smart” kimi maarifləndirici layihələr icra olunur və ən önəmlisi “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun qəbul edilib. Elgün Səfərov sosial şəbəkələrdə mövcud risklərə qarşı tədbirlərin də görüldüyünü vurğulayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Esmira Qasımova bildirib ki, rəqəmsallaşma dövründə kibertəhlükəsizlik yalnız texnologiyanın deyil, insan davranışlarının düzgün formalaşdırılması ilə bağlıdır. Onun sözlərinə görə, fişinq və sosial mühəndislik kimi üsullarla vətəndaşlar aldadılaraq fərdi məlumatlarını könüllü şəkildə paylaşa bilir və bu risklərə qarşı əsas mübarizə yolu maarifləndirmədir.

“Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilən layihələr çərçivəsində yüzlərlə təlim təşkil olunub, on minlərlə uşaq, həmçinin valideyn və müəllim maarifləndirilib. Eyni zamanda, müvafiq qurumlarla birgə monitorinqlər aparılır, qanunsuz məzmunlar məhkəmə yolu ilə məhdudlaşdırılır və dövlət qurumları üçün real ssenarilər əsasında simulyasiyalar keçirilir”, - deyə E.Qasımova bildirib.

Panel sessiya müzakirələrlə davam edib.

Müxbirlər - Aytac Haqverdiyeva, Ceyhun Xəlilov

Fotoqraf - İlqar Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri