Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Uşaqlar rəqəmsal mühitdə doğru proqramlara istiqamətləndirilməlidir”

“Uşaqlar rəqəmsal mühitdə doğru proqramlara istiqamətləndirilməlidir”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 6-cı bəndində də qeyd olunur ki, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir”. Uşaq hüquqlarına dair qoşulduğumuz beynəlxalq konvensiyalar da bunu tələb edir. Prezident İlham Əliyev tərəfindən 27 fevral 2026-cı ildə imzalanmış “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncam” sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı yeni hüquqi mexanizmlərin hazırlanması, məktəblərdə cihaz istifadəsinə qaydaların müəyyən edilməsi, kurikulumlara rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, həmçinin valideyn və uşaqlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin cari ilin əvvəlində “Uşaq hüquqları haqqında” AR qanunu da rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunmasına və yeni tənzimləmələrin olmasına diqqət çəkmişdi. Məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini və sağlam inkişafını təmin etməkdir. Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin uşaqların həyatında erkən yaşdan geniş yer tutması onların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsini zəruri edir. Beynəlxalq təcrübəyə əsaslanaraq, uşaqların zərərli məzmundan qorunması, yaş məhdudiyyətlərinin tətbiqi, məlumat təhlükəsizliyinin gücləndirilməsi və platformaların məsuliyyətinin artırılması hazırda ölkəmizdə aktual məsələdir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

P.Vəliyeva qeyd edib ki, sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir: “Çoxsaylı xarici tədqiqatlar göstərir ki, uşaqlar və yeniyetmələr sosial mediadan nə qədər çox istifadə edirlərsə, depressiyaya düşmə riskləri bir o qədər artır. Eyni zamanda, araşdırmalar sübut edib ki, uşaqlar və yeniyetmələr bir aydan artıq müddətdə sosial mediaya məruz qalmanı azaltdıqda və ya tamamilə dayandırdıqda, onların psixi sağlamlığında yaxşılaşma müşahidə olunur. Platformalar uşaqların psixi sağlamlıq böhranının dərinləşməsində mərkəzi rol oynadıqlarını bilirlər. Meta şirkətinin öz daxili araşdırmasına görə, yeniyetmələr narahatlıq və depressiya hallarının artmasına görə Instagram-ı günahlandırırlar. Hazırda sosial medianın “onlayn vaxtı pula çevirmə” modeli şirkətlərə uşaqlara nifrət dolu, depressiv və problemli məzmun təqdim etməyə imkan verir ki, bu da yeniyetmələrin psixi sağlamlıq böhranını gücləndirmiş ola bilər”.

O əlavə edib ki, digər tərəfdən, hesab yaratmadan da bir çox sosial platformaları izləmək mümkündür: “Bunu texniki cəhətdən əngəlləmək mümkün ola bilər, ancaq burada uşağın qanuni nümayəndəsinin də məsuliyyəti və nəzarəti artmalıdır. Tətbiq edilən qadağalardan sonra uşaq valideynin ağıllı telefonu və sosial media hesablarını istifadə edəcəksə, tənzimləmələr göstəriciləri yaxşılaşdırmayacaq. Ona görə də valideynlər də rəqəmsal savadlılığının artırılması üzrə tədbirlərin fəal iştirakçısı olmalıdır. Bu məqsədlə Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilir. Belə ki, sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən olunub. Çünki 16 yaşınadək dövrdə uşaqlar ətraf mühiti tam şəkildə dərk etmədikləri üçün müxtəlif qrupların söhbətlərinə qoşulmaları və manipulyasiyaya məruz qalmaları daha asan baş verir. Həmçinin, yaş həddinin müəyyən olunmasında beynəlxalq təcrübəyə də istinad olunub. Layihəyə əsasən, 16–18 yaş aralığında olan şəxslərin sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratması, həmin hesablardan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında mümkün olacaq”.

Deputatın sözlərinə görə, sosial media platformaları, həmçinin uşaqların paylaşımlara nə qədər baxdıqlarını və nəyə klik etdiklərini izləyərək onları platformada ən uzun müddət saxlamaq üçün fərdi şəkildə məzmun müəyyən edir və davamlı olaraq bu məzmunları onların qarşısına çıxarır: “Bu, alqoritmdir. Alqoritmlər həm də uşaqları manipulyasiya edir, uyğun olmayan kontentlərə yönləndirməklə, qəsdən və bilərəkdən onları zərərli məzmunlar izləməyə vadar edir. Qanun layihəsi, eyni zamanda, sosial şəbəkə platformalarının üzərinə uşaqların təhlükəsizliyinin qorunması, zərərli və təhlükəli məzmunun qarşısının alınması, şəxsi məlumatların mühafizəsi, qanunvericiliyə zidd məlumatların operativ şəkildə aradan qaldırılması və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edilməsi kimi mühüm öhdəliklər qoyulur. Qanun layihəsinin qəbul olunması rəqəmsal məkanda uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsinə, daha təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial media platformalarının fəaliyyətinə dair hüquqi mexanizmlərin təkmilləşdirilməsinə və dövlətin nəzarət imkanlarının artırılmasına mühüm töhfə verəcəkdir. Onu da qeyd edim ki, “YouTube Kids”, uşaqlar üçün zehni inkişaf etdirən digər proqramlar, təhsil platformaları və videokonfrans xidmətləri isə sosial media kimi qiymətləndirilmir. Uşaqların rəqəmsal mühit üzrə savadlılığı artırılan zaman onlar, həmçinin, doğru proqramlara istiqamətləndirilməlidir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 İyun 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri