Icma.az
close
up
RU
Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər?

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi maraqlı bir layihə reallaşdırıb.

İRİA həm qurumlara, həm də vətəndaşlara rəqəmsal şəxsiyyət vəsiqəsinin kim tərəfindən və nə zaman yoxlanılmasını müəyyən etmək üçün imkanlar yaradıb.

Xatırladıram ki, hazırda myGov-da olan məlumatlar da rəsmi sənəd hesab olunur və bu məlumatları harasa təqdim edəndə onu kimin yoxlamasını müəyyən etmək çətin olur.

İRİA-nın hazırladığı yeni mexanizm əsasında hansısa qurumda vətəndaşın rəqəmsal məlumatlarını verifikasiya etmək üçün öncədən qurum rəhbəri tərəfindən müəyyən əməkdaşlara səlahiyyətlər verilməlidir.

Yəni bundan sonra hansısa qurumda yalnız səlahiyyəti olan şəxs vətəndaşın telefonunda myGov vasitəsilə açıqladığı məlumatlarına baxa biləcək və onu verifikasiya edəcək.

İRİA bu məqsədlə qurum rəhbərləri üçün “myGov Checker” tətbiqində və myGov portalda səlahiyyətlərin verilməsi üçün imkanlar yaradıb. Qurum rəhbərləri bura daxil olaraq əməkdaşlarına sənəd yoxlamaq səlahiyyəti verə bilərlər. Bu cür səlahiyyəti olmayan şəxslər isə artıq vətəndaşın telefonunda olan məlumatı – QR kodu verifikasiya edə bilməyəcəklər.

Maraqlı məqam odur ki, yoxlama zamanı toplanan data əsasında sənədin kim tərəfindən və nə zaman yoxlanılmasına nəzarət üçün qurumlara və vətəndaşlara imkanlar da yaranır.

Qurumlar üçün keçid dövrü müəyyən edilib və bu mərhələdə səlahiyyətlərin verilməsini başa çatdırmalıdırlar. Bütün proses rəqəmsal olaraq həyata keçirilir.

Xatırladıram ki, sənəd yoxlanılmasına icazəsi olmayan şəxslərin sənədi yoxlaması, məlumatları paylaşması hüquqi məsuliyyət yaradır.

Yeri gəlmişkən, hazırda İRİA və ETN datası əsasında bəzi universitetlərin tələbələrinin istifadə etdikləri rəqəmsal tələbə kartlarının verifikasiyası da bu qaydada həyata keçiriləcək.

Düşünürəm ki, müxtəlif dövlət qurumlarına məxsus olan data əsasında yeni rəqəmsal dəyərlərin yaradılması istiqamətində İRİA tərəfindən atılan addımlar təqdirə layiqdir.

Osman Gündüz

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri