Icma.az
close
up
RU
Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər? İZAH

Rəqəmsal şəxsiyyət vəsiqəsini kim yoxlaya bilər? İZAH

Icma.az, Modern.az saytına istinadən bildirir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) bir müddət əvvəl açıqlayıb ki, artıq dövlət və özəl müəssisələrdə xidmətlərdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin fiziki daşıyıcısını təqdim etmək məcburi olmayacaq. Bundan sonra vətəndaşların tələb olunan şəxsiyyət vəsiqəsi məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim etməsi fiziki şəxsiyyət vəsiqəsinin təqdim edilməsinə bərabər tutulacaq. Belə ki, vətəndaş “mygov” tətbiqinə daxil olaraq rəqəmsal şəxsiyyət vəsiqəsi məlumatlarını müxtəlif üsullarla qarşı tərəflə bölüşə biləcək.

Modern.az xəbər verir ki, informasiya texnologiyaları üzrə mütəxəssis, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz rəqəmsal şəxsiyyət vəsiqələri ilə bağlı açıqlama verib.

O qeyd edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi maraqlı bir layihə reallaşdırıb.

"İRİA həm qurumlara, həm də vətəndaşlara rəqəmsal şəxsiyyət vəsiqəsinin kim tərəfindən və nə zaman yoxlanılmasını müəyyən etmək üçün imkanlar yaradıb. Xatırladıram ki, hazırda myGov-da olan məlumatlar da rəsmi sənəd hesab olunur və bu məlumatları harasa təqdim edəndə onu kimin yoxlamasını müəyyən etmək çətin olur. İRİA-nın hazırladığı yeni mexanizm əsasında hansısa qurumda vətəndaşın rəqəmsal məlumatlarını verifikasiya etmək üçün öncədən qurum rəhbəri tərəfindən müəyyən əməkdaşlara səlahiyyətlər verilməlidir.

Yəni bundan sonra hansısa qurumda yalnız səlahiyyəti olan şəxs vətəndaşın telefonunda myGov vasitəsilə açıqladığı məlumatlarına baxa biləcək və onu verifikasiya edəcək. İRİA bu məqsədlə qurum rəhbərləri üçün “myGov Checker” tətbiqində və myGov portalda səlahiyyətlərin verilməsi üçün imkanlar yaradıb. Qurum rəhbərləri bura daxil olaraq əməkdaşlarına sənəd yoxlamaq səlahiyyəti verə bilərlər. Bu cür səlahiyyəti olmayan şəxslər isə artıq vətəndaşın telefonunda olan məlumatı - QR kodu verifikasiya edə bilməyəcəklər.

Maraqlı məqam odur ki, yoxlama zamanı toplanan data əsasında sənədin kim tərəfindən və nə zaman yoxlanılmasına nəzarət üçün qurumlara və vətəndaşlara imkanlar da yaranır. Qurumlar üçün keçid dövrü müəyyən edilib və bu mərhələdə səlahiyyətlərin verilməsini başa çatdırmalıdırlar. Bütün proses rəqəmsal olaraq həyata keçirilir.

Xatırladıram ki, sənəd yoxlanılmasına icazəsi olmayan şəxslərin sənədi yoxlaması, məlumatları paylaşması hüquqi məsuliyyət yaradır. Yeri gəlmişkən, hazırda İRİA və ETN datası əsasında bəzi universitetlərin tələbələrinin istifadə etdikləri rəqəmsal tələbə kartlarının verifikasiyası da bu qaydada həyata keçiriləcək. Düşünürəm ki, müxtəlif dövlət qurumlarına məxsus olan data əsasında yeni rəqəmsal dəyərlərin yaradılması istiqamətində İRİA tərəfindən atılan addımlar təqdirə layiqdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2024 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri