“Rəqib fərdi ustalıq sayəsində qalib gəldi” Ayxan Abbasov
Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Şamaxı” Misli premyer-liqasının 29-cu turunda evdə “Neftçi”yə uduzdu - 0:2.
“Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Evdə oynayırdıq və qələbə qazanmaq istəyirdik. İlk hissədə pis oynamadıq. Qol imkanlarından yararlana bilmədik. Müdafiədə diqqətsizlik oldu. Rəqib fərdi ustalıq sayəsində qalib gəldi. Bizdə hər şey üst-üstə düşür. Ehtiyyat qüvvəmiz zəif idi. Ən çətin anlardan keçmişik. Rafaelin, Leroyun, Vladislav Veremeyevin yoxluğu çətinlik yaradır. Maykl Tuik xəstə idi, tam sağalmamışdı. Oynatmağa məcbur idik. Yeni oyunçumuz debüt etdi. Gələn oyunlarda zədəlilər də qayıtsa, toparlanacağıq. Qarşımıza qoyulan məqsədə çatmalıyıq. Bu bizim üçün siqnaldı.
- “Kəpəz”lə xal fərqiniz 1-ə endi. Çempionatın sonu gərgin keçəcək?
- Bəli, gərgin keçəcək. Çempionatın əvvəlində də belə dəyişikliklər olurdu. Qarşıda çox şey dəyişə bilər.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 07 Aprel 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















