Icma.az
close
up
RU
Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma... Elvin Məmmədov

Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma... Elvin Məmmədov

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Çətin oyun olacağını bilirdik. Rəqibin keyfiyyətinə bələdik. Turnir cədvəlində yuxarı pillədə qərarlaşıblar. Futbolçularım əzmkar mübarizə apardılar. Son dəqiqələrdə ikinci qolumuzu vursaydıq, qələbəni qeyd edə bilərdik. Şükürlər olsun ki, uduzmadıq. Qarşıdakı görüşləri düşünüb, çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

Fanat.Az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 32-ci turun “Araz-Naxçıvan”la (1:1) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

– Premyer Liqada qalmaq şansını Madi Ketanın son dəqiqələrdə əldən verdiyi qol epizodunu boşa verməklə əldən çıxdığını demək olar?
– Ümidimizi itirmirik. Qarşıda 4 oyun var, hər şey ola bilər. Niyə olmasın? Biz onlara güvən verməliyik ki, onların sayəsində bu durumdan çıxaq. Biz ümidliyik. Sona qədər mübarizə aparacağıq.

– Qalib gəlsəydiniz, “Kəpəz”lə xal fərqiniz 5-ə enəcəkdi. Gəncə klubu ilə müqayisədə, son 4 turda sizi hardasa daha uyğun rəqiblərlə oyunlar gözləyr...
– Hər bir oyun bizim üçün çətindir. Qarşıdakı turda “Şamaxı” ilə oyunumuz var. Ayxan müəllimin komandası həm fiziki, həm də taktiki cəhətdən hazırdır. Bizə də hər oyuna çətindir. Fərqindəyik. Yalnız pozitiv danışaraq bu durumdan çıxa bilərik.

– Demək olar ki, bu gün iki xal itirdiz?
– Rəqibə qarşı hörmətsizlik kimi çıxmasın, amma bu gün bizim qol epizodlarımız daha çox idi. Son dəqiqələrdə Madi epizodu vursaydı, üç xal qazansaydıq, daha gözəl olardı.

– “Kəpəz”i qarşıda “Neftçi”, “Qarabağ” və “Turan Tovuz”la ağır oyunları var. Sizdə isə qrafik bir qədər yumşaqdır. Bu sizə ruh yüksəkliyi gətirir?
– Dediyinizi biz də analiz edirik. Ümidimizi üzmürük. Futbolda hər şey mümkündür. Allah qoysa, bu durumdan çıxaq, ondan sonra başqa söhbətlər edək.

– “Zirə” ilə görüşdə son saniyələrdə qol buraxdınız, bu gün Rüfət Abdullazadənin tirdən qayıdan zərbələri var idi. Hətta vurduğunuz qol zamanı top da qapıya daxil olmaq istəmirdi. Sanki şanssızlıq yaşayırsız?
– Biz ümidimizi üzmürük. Təki Allah bizə kömək olsun. Ən sonda qisməti verən Allahdır. Nəsibimizdə varsa, olacaq. (Sportal)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://fanat.az
archiveBu xəbər 27 Aprel 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri