Icma.az
close
up
RU
Elvin Məmmədov: FKSB asan rəqib deyil, amma...

Elvin Məmmədov: FKSB asan rəqib deyil, amma...

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədov apasport.az saytına müsahibə verib.

- “Qarabağ” bu gün FKSB ilə qarşılaşacaq. Azərbaycan çempionunun bu oyunda şanslarını necə dəyərləndirirsiniz?
- Hər şeydən əvvəl "Qarabağ"a uğurlar arzulayıram. Allah qoysa, onlar qələbə ilə Azərbaycan xalqını, futbolsevərləri sevindirərlər. Təbii ki, asan matç deyil. Avrokuboklarda asan oyun olmur. FKSB də yaxşı komandadır. Fikrimcə, bu görüşdə şanslar 50/50-dir. Ümid edək ki, sonda sevinən tərəf "Qarabağ" olacaq. Təmsilçimizə uğurlar arzulayıram.

- “Qarabağ” Juninyonu “Flamenqo”ya satdı və hazırda hücum xəttində Musa Qurbanlı ilə Nəriman Axundzadə qalıb. Juninyosuz çətin olacaq? 
- Juninyonun gedişi avrokuboklarda "Qarabağ" üçün çətinlik yaradacaq. Amma Azərbaycan çempionatında hansısa çətinlik olacağını düşünmürəm. Avrokuboklara gəlsək, komandada hazırda hücumçular var. Musa Qurbanlı, yoxsa Nəriman Axundzadənin oynaması baş məşqçinin verəcəyi qərardır. Bu haqda nəsə deyə bilmərəm. 

- Juninyonun gedişindən savayı, Yassin Benzia anası vəfat etdiyi üçün komandaya hazırlıq dönəmində qoşula bilmədi. “Qarabağ”ın heyətində problem olduğu görünür. Bütün bunların fonunda kollektivdə inamsızlıq yaranacağını düşünürsən?
- “Qarabağ” böyük komandadır. Düzdür, adlarını çəkdikləriniz komanda üçün böyük fiqurlardır. Amma "Qarabağ" evdə oynayacaq. Bilirlər ki, bu matç "Qarabağ" üçün bəlkə də son şansdır. İnanıram ki, bunların təsirləri olmayacaq. Komandada başqa oyunçular da var. 

- “Qarabağ” pley-off şansını davam etdirmək üçün son iki görüşdə qalib gəlməlidir. Sizcə, "Qarabağ" hazırkı heyəti ilə bunu edəcək gücdədir?
- "Qarabağ"ın heyəti daim yaxşı olub. İnanıram ki, təmsilçimiz bu gün qələbə qazanacaq. Doğrudur, FKSB asan rəqib deyil. Amma “Qarabağ”ın qələbəsinə inanıram. Son turdakı "Olimpiakos"la görüşə isə hələ zaman var. Bəlkə ona qədər Yassin Benzia qayıdar, daha yaxşı formaya düşər. Ona görə FKSB ilə görüşdə inanıram ki, ağdamlılar üç xalı götürəcək.

- "Qarabağ"dan gedərkən yeri doldurulmayacaq düşünülən çox futbolçu olub. Bəs, klubun yeni Juninyonu tapacağına əminsiz?
- "Qarabağ"da bundan qabaq da yaxşı futbolçular olub. Amma yeri doldurulub. Mənim üçün Juninyo çox yaxşı futbolçu idi. Həm sürətinə, həm qol epizodlarına girməyinə, həm də dəyərləndirməyinə görə. "Qarabağ"da seleksiya daha yaxşıdır. İnanıram ki, tez bir zamanda Juninyodan da yaxşı futbolçu taparlar.
 

AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələyib Adil Şükürov: "Qarabağ"ın qələbəsi play-offa düşəcəyi anlamına gəlmir" "Qarabağ" və "Fənərbaxça"nın avrokubok matçları bu kanallarda Premyer Liqa: “Araz-Naxçıvan” – “Neftçi” matçının hakimi bəlli olub Millimizin yekun heyəti açıqlanıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri