Icma.az
close
up
RU
Rəqibi təəccübləndirməyə çalışdıq və nəticə aldıq Ayxan Abbasov

Rəqibi təəccübləndirməyə çalışdıq və nəticə aldıq Ayxan Abbasov

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Rəqibi təəccübləndirməyə çalışdıq və nəticə aldıq" - Ayxan Abbasov

“Çətin səfər idi, yaxşı formada olan bir komandaya qarşı oynayırdıq. Bilirdik ki, “Sabah” son matçlarda qələbə seriyası qurub. Biz də oyuna ciddi hazırlaşmışdıq. Futbolçularımın nümayiş etdirdiyi performans bizi sevindirdi. Təəssüf ki, yaratsaq da, qol epizodlarını dəyərləndirə bilmirik. Çempionatın əvvəlindən bəri yüzfaizlik fürsətləri qaçırırıq, amma bunun üzərində işləyirik. Oyun planımızın əsas məqamları alındı və vacib xal əldə etdik. İndi isə gələcək matçlara fokuslanacağıq".

QOL.az xəbər verir ki, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov bu fikirləri Misli Premyer Liqasının 12-ci turunda “Sabah”la keçirilən oyundan sonra təşkil olunan mətbuat konfransında səsləndirib. O, media nümayəndələrinin suallarını cavablandırıb.

- Mübahisəli epizodlara baxdınızmı?

-  Açığı, təkrar görüntülərə baxmadım. Oyunun tempi yüksək idi və baş hakim də mübarizəyə müəyyən qədər imkan verirdi. Mərkəzdə 1-2 xırda epizod oldu, bu da futbolda normaldır. Meydançadakı hər şeyə reaksiyamız olur, amma düşünürəm ki, VAR həmin vəziyyətləri incələyib. Mən özüm baxmadığım üçün konkret fikir bildirə bilmərəm.

- Rüfət Abbasov bu gün vinger mövqeyində oynadı. Deyəsən, yeni Toral Bayramov yetişdirirsiniz?

- Bu gün seçdiyimiz sistem tam olaraq rəqibə hesablanmışdı. “Sabah”ın güclü hücum xətti var, buna görə də oyuna uyğun dəyişiklik etmişdik. Rüfətin özünəinamının artması üçün onu hücumda oynatdıq. İlk hissədə yaxşı performans göstərdi, sonradan yoruldu. Rüfət universal futbolçudur, gələcəkdə sağ cinahda da istifadə edə bilərik.

- Demək olar ki, “Sabah”ı daha yaxşı tanıyırsınız...

- Bu mövsüm onlara uduzmuşduq. Ötən mövsümdə də oyunlarımız maraqlı keçmişdi. Üstəlik, “Sabah”ın baş məşqçisi indi fərqlidir. Ola bilsin ki, bu dəfə bizim belə bir sistemi seçəcəyimizi gözləmirdilər. Çempionatda bütün komandalar bir-birini yaxşı tanıyır və biz də hansısa məqamda rəqibi təəccübləndirmək istədik. Alınmaya da bilərdi, amma məşqçisənsə risk etməlisən. Ən çox sevindiyim məqam isə odur ki, futbolçular dəyişiklikləri tez qavrayırlar. “Sabah” yaxşı komandadır, bu mövsüm daha rəngarəng və dinamik futbol oynayırlar.

- Legioner limitinin ləğvindən sonra futbolun keyfiyyətinin artacağı deyilirdi. Amma meydanda bu hələ görünmür. Ötən mövsümlə müqayisədə keyfiyyət artıb?

- Bizim liqa çətindir, bunu kənardan olan mütəxəssislər də vurğulayır. Bəzən oyunun yaxşı görünməməsinin səbəbi oyun saatı və stadiondakı boş tribunalar ola bilər. Ola bilsin ki, izləmirik, amma biz bir çox xarici liqalara baxırıq. Məsələn, Xorvatiya və Serbiya çempionatlarında bəzən oyunda heç iki korner belə olmur. Əvvəllər daha çox hücum futbolu oynanılırdı, amma indi taktiki mübarizə ön plana çıxıb. Komandaları başa düşmək olur, nəticəyə fokuslanırlar. Limitin ləğvindən sonra səviyyənin sürətlə yüksələcəyi fikri ilə razılaşmıram. (sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Noyabr 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri