Ayxan Abbasov: Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə yoxlama matçlarında xarakter nümayiş etdirmələri məni sevindirdi". Sport24.az xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərində baş tutan təlim-məşq toplanışı zamanı Şimali Makedoniya yığması (0:0) ilə keçirilən yoxlama görüşündən sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bildirib:
Mütəxəssis hər bir futbolçuya şans vermək istədiyini söyləyib:
"Təlim-məşq toplanışı çərçivəsində keçirdiyimiz yoxlama görüşlərində məğlub olmamağımız sevindirici haldır. Qısa müddətdə əksər futbolçulara şans verməyə çalışdıq. Düzdür, bəziləri oynaya bilmədilər. Növbəti toplanışda hamıya bu imkanı vermək istəyirəm. 2006-2007-ci il təvəllüdlü uşaqların U-21-də yer almaları gələcək üçün ümidverici məqamdır. Fikrimcə, hazırlığımız səmərəli keçdi. Futbolçularımızın yaya qədər klublarında mütəmadi oynamaları çox vacibdir. Yay toplanışında daha iki yoxlama matçı keçirməyi nəzərdə tuturuq. Ondan sonra rəsmi qarşılaşmalar barədə düşünəcəyik. Gənclərimizin həm Moldova, həm də Şimali Makedoniya ilə yoxlama matçlarında xarakter nümayiş etdirmələri məni sevindirdi. Gələcəyə ümidliyik".
Qeyd edək ki, U-21 toplanış çərçivəsində Moldova yığmasına qalib gəlib (2:0), Şimali Makedoniyanın müvafiq yaş qrupu ilə heç-heçə edib (0:0).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Mart 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















