Icma.az
close
up
RU
“Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram“ Tramp

“Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram“ Tramp

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən Çarli Kirkdən fərqli olaraq rəqiblərinə nifrət etdiyini bildirib.

Moderator.az xəbər verir ki, Amerika lideri fikirlərini Arizona ştatının Qlendeyl şəhərindəki "State Farm Stadium" stadionunda Kirkin anım mərasimində səsləndirib.

"O, nəcib və böyük məqsədi olan missioner idi. O, rəqiblərinə nifrət etmirdi və onlar üçün ən yaxşısını istəyirdi. Bununla bağlı Çarli ilə razı deyiləm. Rəqiblərimə nifrət edirəm və onlara ən yaxşısını arzulamıram", - Tramp deyib.

O əlavə edib ki, Kirk hər kəsi yaxşı, düzgün, həqiqi ideya və prinsiplərə inandırmaqda maraqlı idi.

Kirkin dəfn mərasimində ABŞ Prezidenti Donald Trampla yanaşı, Pentaqon rəhbəri Pit Heqset, dövlət katibi və prezidentin milli təhlükəsizlik müşaviri Marko Rubio da daxil olmaqla ABŞ administrasiyasının bir çox yüksək səviyyəli rəsmiləri iştirak edib.

Qeyd edək ki, amerikalı mühafizəkar fəal və Trampın yaxın müttəfiqi Çarli Kirk sentyabrın 10-da Yutada universitetdə ictimai çıxışı zamanı boyun nahiyəsindən güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, az sonra dünyasını dəyişib.

İki gün sonra Yutanın qubernatoru Spenser Koks qətldə şübhəli bilinən 22 yaşlı Tayler Ceyms Robinsonun həbs olunduğunu elan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Sentyabr 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri