Rəqsanə Laləylə qarşı qarşıya: “Bunu özümə hörmətsizlik sayıram”
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rəqsanə İsmayılova “Maska şou” verilişində ona qarşı hörmətsizlik edildiyini deyib.
“Yeni Sabah” xəbər verir ki, buna səbəb ötən həftə şounu tərk edən Əməkdar artist Lalə Məmmədovanın “Bivəfa” mahnısını icazəsiz oxuması olub.
Rəqasanə bildirib ki, həmkarları həmin mahnının ona aid olduğunu L. Məmmədovaya bildirməyiblər:
“Şouda həmin mahnını Lalə Məmmədova ifa edirdi. Orada oturan münsiflər də sözünü demiş şəxslərdir. Hər biri də ifanı tamaşaçılarla birlikdə oxuyurdular. Bu mahnını Azərbaycan xalqına mən sevdirmişəm. Müğənnini xatırlatmaq bu qədər çətindir? Ən azı Lalə Məmmədova ifanı paylaşarkən bildirməli idi ki, bu mənim mahnımdır. Baxmayaraq ki, özbək mahnısı olub, amma sözlərini mən yazdırmışam. Belə böyük bir layihədə mahnım icazəsiz oxunur. Yalnız mən irad bildirəndən sonra Lalə Məmmədova adımı çəkdi. Bunu özümə qarşı hörmətsizlik hesab edirəm”.
Qeyd edək ki, “Maska şou”da son olaraq Səməni obrazının altından Lalə Məmmədova çıxıb. O, yarışmada “Bivəfa” mahnısını oxumuşdu. İfaçı həm də bildirib ki, həmin mahnı 20 il öncə ilk olaraq ona təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 05 May 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















